top
75 yaşlı Xalq artistinin ölkə futbolu ilə bağlı arzusu... Sport24.az
18 may 2024, 12:38
- ↺ +

75 yaşlı Xalq artistinin ölkə futbolu ilə bağlı arzusu...

İncəsənət adamları arasında futbolla maraqlanan, "idman şahı"na azarkeşlik edənlər az deyil. Onlardan biri də 75 yaşlı Xalq artisti İlham Namiq Kamaldı. İlham bəyin azarkeşi olduğu "Şamaxı" bu həftə önəmli qarşılaşmada "Qaradağ Lökbatan"ı məğlub etməklə elitaya yüksəlmək yönündə ciddi addım atmış oldu. Sport24.az-a müsahibə verən Xalq artisti həm "şirlər"in uğuru barədə danışıb, həm də ölkə futbolu ilə bağlı fikirlərini bölüşüb.


- Teatrla futbol arasında nə kimi oxşarlıq var?
- Teatr ilə futbol arasında doğmalıq var. Əgər teatr səhnəsində tamaşaçılar üçün bacarığımızı göstəririksə, futbolçular da yaşıl meydanda oyunları ilə tamaşaçıya
zövqlü anlar yaşatmağa çalışırlar.


- Azərbaycan futbolu ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Sovetlər dönəmində Azərbaycan futbolundan söz düşəndə ilk ağlımıza gələn "Neftçi" idi. Hazırda ölkə futbolundan danışanda Qurban Qurbanov və onun rəhbərlik etdiyi "Qarabağ" gözümüz önündə canlanır. Məhz bu klub XXI əsrdə dövlətimizin və futbolumuzun dünya miqyasında tanınması üçün çox işlər görüb, görür də. Qurban Qurbanovun məşqçilik bacarığı sayəsində bu il Ağdam təmsilçisi avrokuboklarda möhtəşəm çıxış etdi. Könül istərdi ki, tək "Qarabağ" yox, digər klublarımızın da belə uğurlarını görək. Amma reallıq odur ki, bu gün meydanda Azərbaycan futbolunu irəli daşıyan ancaq Ağdam təmsilçisidi.


- Sizcə, digər klublarımız niyə "Qarabağ" səviyyəsinə yüksələ bilmir?
- Futbol mütəxəssisi deyiləm. Bu mövzuda dərindən danışa bilmərəm. Amma futbolumuzu kənardan izləyən biri kimi deyim ki, sanki bizdə idmanın "şah"ına lazımi qayğı göstərilmir, komanda sayı azdı, uşaq futbolunda çatışmazlıqlar var. Düşünürəm ki, nə qədər futbol məktəblərimiz, klublarımız çox olsa, daha yaxşı olar. 10 milyondan çox əhalisi olan ölkə üçün 10 komandalı güclülər dəstəsi həm gülünc, həm də absurddu. Bizdən daha az əhalisi olan ölkələrin güclülər dəstəsində daha çox komanda çıxış edir.Bu yaxında AFFA-da iclas oldu. Komanda sayının artırılmaması ilə bağlı qərar verildi. Məncə, bu qərar futbolumuzu daha 5-10 il geri atacaq.


- "Qarabağ"ın erkən çempion olması adət halına çevrilib. Bir azarkeş kimi belə monoton çempionatı izləmək darıxdırıcı deyil?
- Bu gün hamıya məlumdu ki, "Qarabağ"  bütün klublardan üstündü. Könül istərdi ki, çempionluq uğrunda mübarizə son tura kimi getsin və çempionatımız daha da maraqlı olsun. Amma az da olsa, inkişafın közərtisini, canlanmanı hiss edirəm. Bu mövsüm "Zirə", "Sabah", "Neftçi" və "Sumqayıt" mükafatçılar sırasında yer almaq uğrunda əsl döyüşə çıxıblar. Bu az da olsa Premyer Liqaya rəng qatır.



- Siz əslən Şamaxıdansız. Sizə doğma bölgənin təmsilçisi yenidən elitaya qayıtmağa yaxındı. "Şamaxı"nın oyunlarını izləyirsiz?  
- Ötən mövsüm imakn daxilində komandanın oyunlarına gedirdim. Bu il isə daha çox nəticələrinə göz gəzdirirəm. Onların "Qaradağ Lökbatan"ı məğlub edərək birinci pilləyə yüksəlməsinə çox sevindim. Komanda Premyer Liqaya qayıtmaq yolunda vacib qələbə qazandı. Şamaxılıların sonuncu oyunda da zəfər qazanıb, güclülər dəstəsinə vəsiqəni təmin edəcəklərinə inanıram.


- Bu sahənin mütəxəssis olmasaz da, azarkeş kimi fikrinizi bilmək istərdik. Ölkənin əsas komandası hələ baş məşqçisiz qalıb. Sizcə, bu posta yerli, yoxsa əcnəbi mütəxəssis dəvət olunmalıdı?
- Bizdə savadlı, bacarıqlı məşqçilər var. Onları qorumaq, dəyər vermək lazımdı. Həmçinin futbol sahəsində yeni kadrlar yetişdirmək, onların inkişafına təkan vermək üçün Almaniya, İngiltərə, İspaniya kimi futbol ölkələrinə kurslara yollamaq lazımdı. Gör-götür dünyasında yaşasaq da, qınımıza çökmüşük və ordan da çıxa bilmirik. Bu vaxta kimi Azərbaycan yığmasında çalışan əcnəbi məşqçilərin heç birindən xeyir görmədik. Odur ki, millimizə yerli mütəxəssis rəhbərlik etməlidi. Yuxarıda qeyd etdiyim kimi öz kadrlarımıza dəyər verib inanmalıyıq.


- Sonda ölkə futbolu ilə istəyinizi deyərdiz...  
- İstər teatr. Istərsə də futbolumuzla bir istəyim var. Səhnəmizdə təmizlik, dürüstlük, ədalətli rəqabət, inkişaf görmək istədiyim kimi futbolumuzda da həmin mənzərəni seyr etməyi  arzulayıram.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Oxşar xəbərlər