Niderlandlı Bart Verbüggen Avropa çempionatları tarixinə düşüb.
İdman.biz xəbər verir ki, o, 60 ildən sonra meydana çıxan ən gənc qapıçı olub.
AVRO-2024-ün Polşa ilə oyununda start heyətində yer alan Verbüggen 21 yaş 303 günündə bu şansı qazanıb. Turnirin tarixində ən gənc qolkiper ispaniyalı Xose Anhel İribardır. O, AVRO-2024-də 21 yaş 108 günündə meydana çıxıb.
Qeyd edək ki, Bart Niderland yığmasında 2023-cü ildə debüt edib.
İdman.biz