2026/2027 UEFA Çempionlar Liqasının finalı Madriddəki "Riyad Eyr Metropolitano" stadionunda keçiriləcək.
İdman.biz qurumun rəsmi saytına istinadən bildirir.
"Riyad Eyr Metropolitano" 2017-ci ildən etibarən "Atletiko"nun ev stadionudur. Stadion 1993-cü ildə tikilib və 70 692 azarkeş tutumuna malikdir.
Daha əvvəl 2025/2026 mövsümünün finalının mayın 30-da Budapeştdəki "Ferens Puşkaş" adına stadionda keçiriləcəyi açıqlanmışdı.
Həmçinin qeyd olunur ki, gələn il UEFA Superkuboku uğrunda oyuna Avstriyanın Zalsburq şəhəri ev sahibliyi edəcək.
Hazırda Çempionlar Liqasının qalibi baş məşqçi Luis Enrikenin rəhbərlik etdiyi Fransanın PSJ komandasıdır. Son turnirin finalında komanda İtaliya "İnter"ini 5:0 hesabı ilə məğlub edib.
İdman.biz