Bu gün keçiriləcək Küveyt "Əmiri Kuboku"nun final qarşılaşmasında "Əl-Salmiya" "Qadsia"yanı qonaq edəcək. Sport24.az xəbər verir ki, həlledici matçı fransadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Benoit Bastien, köməkçilər Hişam Zakrani və Orelyen Bertomeu, VAR-da isə Bastien Deşepi olacaq.
Qarşılaşma Küveyt şəhərində, "Caber Əl Əhməd" stadionunda keçiriləcək. Görüşün qalibi kubokla yanaşı, büdcəsini 10 milyon dollar artıracaq.