top
“1 əldə 3 qarpız tutan” futbolçu: “Böyük komandalarda oynamaq alınmadı” - MÜSAHİBƏ İdman.biz
18 may 2024, 12:05
- ↺ +

“1 əldə 3 qarpız tutan” futbolçu: “Böyük komandalarda oynamaq alınmadı” - MÜSAHİBƏ

Minifutbol Liqasında "Real Bakı"nın, futbol üzrə II Liqada "Baku Sportinq"in və çimərlik futbolu üzrə Azərbaycan milli komandasının oyunçusu Comərd Baxşəliyevin İdman.bizə müsahibəsi

- Böyük futbolla yanaşı, minifutbol və çimərlik futbolu ilə məşqul olursuz. "Bir əldə 3 qarpız tutmaq" çətin deyil?

- Sentyabrdan çimərlik futbolu ilə məşqul olmuruq. Çünki mövsüm dayanıb, məşqlərimiz hələ bərpa olunmayıb. Ona görə digər növlərə yönlənmişəm. Əsas işim II Liqada çıxış edən "Baku Sportinq" klubundadır. Onlarla ilboyu məşqlərimiz olub. Minifutbola sonradan qoşulduq. Orda da həftədə 1 dəfə oyunlar olduğu üçün II Liqada mübarizə aparan futbolçulara imkan yaranır ki, minifutbolla məşqul olsunlar. Ona görə də həftədə 1 dəfə orada da oynayıram. Hər halda bu, 1 əldə 3 qarpız tutmaq sayılmaz (gülür).

- "Baku Sportinq"lə çempion olduz. Qol vurub "Real Bakı"nın AML-da bürünc medal görüşünə yollandız. Arada qısa vaxt var idi. Özünüzü oyuna necə çatdırdız?

- Oyun qurtarandan sonra vaxtımız az idi. Amma özümüzü çatdıra bildik. Tək mən deyildim. "Baku Sportinq"dən digər komanda yoldaşlarım da var ki, AML-da oynayırlar. Mənə rəqib olanlar da var idi. Hamımız birlikdə getdik və oyuna çox az vaxt qalmış özümüzü çatdırdıq.

- Mövsümü 2 ayrı turnirdə medalla tamamladız. Bir ildə 2 medal qazanmaq necə hissdir?

- "Baku Sportinq"də mövsümboyu çox çalışmışdıq. Məqsədimiz də çempion olmaq idi. Şükürlər olsun ki, bunu bacardıq. Minifutbolda da bürünc medal qazandıq. Bu da bir uğurdur. Heç bir idmançı məqsədsiz çalışmır. Mənim də məqsədim mövsümü yüksək səviyyədə bitirmək idi. Təbii ki, çox xoşbəxtəm.

- Böyük təcrübəyə maliksiz. Əsasən aşağı liqalarda oynamısız. Sizə Yüksək Liqada çıxışa nə mane olub?

- Karyeramın böyük bir hissəsini aşağı liqalarda oynamışam. Şans belə gətirib, qismət belə olub ki, böyük komandalarda oynamaq alınmadı. Maneələrdən biri aşağı liqada oynayırsansa, Premyer Liqada oynayan klubların diqqət mərkəzinə düşmürsən. Həm də divizionda oynaya-oynaya çimərlik futbolu ilə məşqul olurdum. 15 ildir bu növdə milli komandanın üzvüyəm. Özümü sırf çimərlik futboluna köklədiyimi deyə bilərəm.

- 36 yaşınız var. Futbol ilə vidalaşmağı düşünürsüz?

- Hələ vidalaşmaq fikrim yoxdur. Özümü yaxşı hiss edirəm. Yeni uğurlar qazanmaq istəyirəm. Ən azı daha 2 il oynamaq istəyirəm.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Oxşar xəbərlər