top
“1-ci Liqadan yüksələn komanda üçün ilk ilində bu xalları yığmaq asan deyil” Sport24.az
19 aprel 2026, 19:03
- ↺ +

“1-ci Liqadan yüksələn komanda üçün ilk ilində bu xalları yığmaq asan deyil”

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə "Kəpəz"in qonağı olan "İmişli" 1:0 hesablı qələbə qazanıb. Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb:

 

"Oyunu yaxşı analiz etmişdik. Bu matça bütün komanda hazır idi. Düşüncəmiz 3 xal ilə ayrılmaq idi. Bu da baş verdi. Bu oyunu Mozesə həsr edirik. 3 gün öncə atasını itirmişdi. Lakin bu matçda çox yaxşı çıxış edərək qələbəmizdə pay sahibi oldu. Azarkeşlərimizə də bizə səfərdə dəstək olduqları üçün təşəkkür edirik. Standart vəziyyətlərin üzərində çox işləyirik. Qolu da bu vəziyyətlərin birində vurduq. İlk hissədə hesabı artıra da bilərdik. İkinci hissədə rəqib daha yaxşı çıxış etdi. Lakin biz də müdafiə futbolunda uğurlu olaraq qələbə qazana bildik. Nəticə oyuna görə oldu".

 

- Mətbuatda sizin növbəti mövsümdə komandadan ayrılacağınız yazılır. Bu barədə rəhbərliklə söhbətiniz olubmu?

- Bütün diqqətimiz bu mövsümün məqsədindədir. Məqsədimizə çatdıqdan sonra bu barədə danışıqlarımız ola bilər. Hamı bildiyi kimi, əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Şanslarımız çox olsa da, bunu 100 faiz əldə etməmişik. 

 


- Uzun müddətdir zədəli olan Vüsal Qənbərovun bundan sonraklı matçlarda daha çox oyunda olacağını gözləmək olarmı?

- Zədəsini tam sağaltsa da, 3-4 ay futboldan uzaq qaldığı üçün bu proses yavaş-yavaş baş verməlidir. Sonrakı matçlarda oyun vaxtının çox olacağını gözləmək olar. 

 


- Mövsümün əvvəlində "İmişli"nin sonuncu yer tutacağı proqnozlaşdırılırdı. İndiki halda sonuncu pillədən 15 xal irəlidəsiniz...

- Çətinliklər, pis şərtlər və s.komandanın əsl xarakterini göstərir. Mövsümün əvvəlində texniki heyət komandanın bu keyfiyyətinə çox inanırdı. Bu çətinliklər "İmişli"nin formalaşdırdı. Bu zarafat deyil. 1-ci Liqadan yüksələn komanda üçün ilk ilində bu xalları yığmaq asan deyil. 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Bu gün, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Oxşar xəbərlər