top
Maklaren yeni planı ilə podiuma qovuşmağı hədəfləyir Idman.biz
29 oktyabr 2026, 11:34
- ↺ +

Maklaren yeni planı ilə podiuma qovuşmağı hədəfləyir

"Formula-1" üzrə dünya çempionatında çıxış edən "Maklaren" komandası son yarışlardakı uğursuz nəticələrdən sonra vəziyyəti dəyişmək üçün hazırladığı planı açıqlayıb.

İdman.Biz "RacingNews365" nəşrinə istinadən xəbər verir ki, komandanın rəhbəri Andrea Stella MCL40 bolidinin təkmilləşdirilməsi istiqamətində işlərin davam etdiyini bildirib.

Onun sözlərinə görə, bu həftəsonu keçiriləcək Meksika Qran-prisində boliddə ciddi dəyişiklik gözlənilmir. Əsas yeniliklər Braziliya və Las-Veqas mərhələlərində təqdim olunacaq.

"Bakıda yeni əyləc hava kanallarından istifadə etdik. Qarşıdakı yarışlarda əlavə yeniliklərimiz olacaq. Lakin bunları yalnız Braziliya və Las-Veqas mərhələlərində tətbiq edə biləcəyik. Ümid edirik ki, dəyişikliklər sayəsində müntəzəm olaraq podium uğrunda mübarizə aparacaq və qələbə qazanmaq üçün lazım olan rəqabət səviyyəsinə yaxınlaşacağıq", - Stella bildirib.

Son mövsümün Konstruktorlar Kubokunun qalibi hazırda 355 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Komanda "Red Bull"la eyni xala malik olsa da, "Ferrari" və "Mersedes"dən geri qalır.

Mövsümün yay fasiləsi ərəfəsində Lando Norris Macarıstan və Niderland Qran-prilərində qələbə qazanıb. Lakin sonrakı yarışlarda komandanın nəticələri zəifləyib.

"Maklaren" son dörd mərhələdə podiuma yüksələ bilməyib. Bu müddətdə ən yaxşı nəticə Sinqapur Qran-prisində qeydə alınıb. Norris dördüncü, komanda yoldaşı Oskar Piastri isə beşinci yeri tutub.

Komanda daxilində pilotlar arasındakı münasibətlər də diqqət mərkəzindədir. Sinqapur sprintində Norris və Piastri arasında toqquşma baş verib. ABŞ Qran-prisində isə komanda rəhbərliyi Piastriyə mövqeyini Norrisə vermək göstərişi verib.

Qeyd edək ki, Meksika Qran-prisi noyabrın 1-də, Braziliya mərhələsi noyabrın 8-də, Las-Veqas yarışı isə noyabrın 22-də keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 20:05

Qurban Qurbanov: Sanki Avropada idik

Qarabağ FK
Bu gün, 20:00

Qurban Qurbanov: “Beş oyun qalib gələ bilmiriksə, bu, problemdir”

Futbol
Bu gün, 19:58

Maktominey İngiltərəyə qayıda bilər?

Qarabağ FK
Bu gün, 19:53

“Avrokuboklara vəsiqə qazanmağımız sensasiya olacaq” – Azər Məmmədov

Qarabağ FK
Bu gün, 19:45

Qurban Qurbanov "Kəpəz"ə qarşı 0:0 hesablı heç-heçəni dəyərləndirib: "Beş oyundur qələbə qazanmamağımız bizi narahat edir"

Qarabağ FK
Bu gün, 19:39

Azər Məmmədov: "Kəpəz" – "Qarabağ" matçındaki heç-heçə ədalətli nəticədir

Futbol
Bu gün, 19:38

Türkiyə Superliqası: “Beşiktaş” altı qollu matçda qalib gəldi

Futbol
Bu gün, 19:29

“İmişli” baş məşqçi seçimini etdi

Qarabağ FK
Bu gün, 19:25

“Barselona” Bakıda diz çökdürüləcək?

Qarabağ FK
Bu gün, 19:25

“Sanki avrokubok matçına çıxmışdıq” – Qurban Qurbanov

Gimnastika
Bu gün, 19:16

Azərbaycan gimnastları Daşkənddəki "Velvet Road" turnirində 3 qızıl, 3 gümüş və 4 bürünc medala sahibdilər

Futbol
Bu gün, 19:10

"Beşiktaş" səfərdə "Konyaspor"u 4:2 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 19:05

“İmişli”də yeni müqavilə

Futbol
Bu gün, 19:05

La Liqa: “Barselona”dan möhtəşəm geridönüş - VİDEO

Cüdo
Bu gün, 18:45

200 cüdoçu beş dərəcə üzrə kəmər imtahanına qatıldı - FOTO

Futbol
Bu gün, 18:40

Camal Musiala yenidən huşunu itirdi

Futbol
Bu gün, 18:39

“Neftçi” “Naxçıvan”ı məğlub etdi

Futbol
Bu gün, 18:38

Araz-Naxçıvan

Futbol
Bu gün, 18:35

Şəmkir FK-nın prezidenti Adil Əliyev maliyyə dəstəyini tapa bilməyərək vəzifəsindən ayrılıb

Futbol
Bu gün, 18:05

"Araz-Naxçıvan" - "Neftçi" (1:3) — Videoicma

Futbol
Bu gün, 18:01

Mehman Allahverdiyev “Kəpəz”in qonağı oldu

Qarabağ FK
Bu gün, 17:56

“Xankəndi”nin futbolçuları Qarabağ Universitetində olublar - FOTO

Futbol
Bu gün, 17:48

Vernidub: "Araz-Naxçıvan" sonuncu yerə layiq deyil, komandamız daha çox qol vura bilərdi

Qarabağ FK
Bu gün, 17:45

Cəmi 2500 azarkeşin yadda saldığı "Sumqayıt" – "Sabah": "Qarabağ"ın mövqeyi və 0:4-übənzər məğlubiyyət

Oxşar xəbərlər