top
Lando Norris Formula-1-i kartinq prinsiplərinə qaytarmağı təklif edir Idman.biz
19 may 2026, 18:13
- ↺ +

Lando Norris "Formula-1"-i kartinq prinsiplərinə qaytarmağı təklif edir

"Formula-1" üzrə son dünya çempionu Lando Norris yarışların daha maraqlı və təmiz mübarizə şəraitində keçməsi üçün öz təkliflərini açıqlayıb.

İdman.Biz xəbər verir ki, "Makklaren"in britaniyalı pilotu indiki yarış modelinin azarkeşlər və sürücülər üçün istənilən səviyyədə olmadığını düşünür. Onun fikrincə, "Formula-1" yenidən kartinq prinsiplərinə yaxınlaşmalıdır.

Norris 2026-cı il qaydalarını ən çox tənqid edən pilotlardan biri sayılır. Yeni reqlamentdə daxiliyanma mühərriki ilə 350 kilovatlıq batareyalar arasında güc bölgüsünün 50/50 nisbətində qurulması əsas müzakirə mövzularındandır. Bu qərarın "Audi", "Honda", "General Motors" və "Ford" kimi istehsalçıların "Formula-1"ə marağını artırmaq məqsədi daşıdığı bildirilir.

Britaniyalı sürücünün sözlərinə görə, yaxşı yarış bir pilotun batareyasının 100 faiz, digərinin isə sıfır səviyyəsində olması ilə yaranmamalıdır. O hesab edir ki, əsas məsələ bolidlərin bir-birini daha yaxından izləməsinə imkan yaratmaq, çəkini azaltmaq, təkərləri yaxşılaşdırmaq və aerodinamik asılılığı minimuma endirməkdir.

Norris kartinqi "ən təmiz yarış forması" adlandırıb. Onun fikrincə, kartinqdə "çirkli hava", ciddi aerodinamik təsir və batareya hesabına süni üstünlük olmadığı üçün pilotlar bir-birinin arxasında daha sıx və daha real mübarizə apara bilirlər.

Norris prosesin sadə olmadığını da etiraf edib. Onun sözlərinə görə, "Formula-1" həm idman, həm də biznesdir və istehsalçıların maraqları nəzərə alınmalıdır. Buna baxmayaraq, o, FIA-nın yarışları yaxşılaşdırmaq istiqamətində gördüyü işi müsbət qiymətləndirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:35

"İnter" baş məşqçisi Kivu: "Məqsədimiz uğurlu mövsümü təkrarlamaqdır"

Futbol
Bu gün, 11:30

Joao Feliks "Əl-Nəsr"dən Avropaya qayıtmaq istəyir

Futbol
Bu gün, 11:29

Azərbaycanın U-19 qadın futbol millisi Avropa çempionatı seçməsində Şimali Makedoniya ilə qarşılaşacaq

Cüdo
Bu gün, 11:25

Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyadakı üçhəftəlik toplanışını başa vurub

Futbol
Bu gün, 11:21

Atletiko Ademola Lukman transferi üçün təklifləri nəzərdən keçirir

Futbol
Bu gün, 11:13

Polşa jurnalisti Levandovskinin Çikaqo Fayrdakı çıxışını uğursuz hesab edib

Futbol
Bu gün, 11:12

"Bavariya" rəsmisi Musialanın zədəsi haqqında: "Bu, insan faciəsidir"

Boks
Bu gün, 11:05

Azərbaycan U-23 boks yığması Poreç Avropa çempionatında 4 medal qazanıb

Voleybol
Bu gün, 11:00

Superliqada beşinci turun son oyunu keçiriləcək

Futbol
Bu gün, 10:55

PSJ "Loryen"i məğlub edərək məğlubiyyətsizlik seriyasını 14 oyuna çatdırdı

Futbol
Bu gün, 10:54

İkinci Liqada 13-cü turun üç qarşılaşması bu gün keçiriləcək

Futbol
Bu gün, 10:45

Anri: Arsenal hazırda çempionluq mübarizəsində ən etibarlı komandadır

Futbol
Bu gün, 10:45

Ronalddan Interə keçidinin səbəbi: daha yaxşı maaş

Futbol
Bu gün, 10:45

Fənərbağçadan Lukaku və iki futbolçu ayrılacaq

Qarabağ FK
Bu gün, 10:42

«Duranın İngiltərəyə transferində iş icazəsi çətinliyi – Azərbaycan çempionatı»

Futbol
Bu gün, 10:40

Erik Kantona: Manchester United-da məşqçi ilə münasibət

Qarabağ FK
Bu gün, 10:37

"Qarabağ – Sumqayıt: Suraxanı Azersun Arena"da 3 xal üçün mübarizə"

Qarabağ FK
Bu gün, 10:33

Qarabağ və Fənərbaxça oyunu: Canlı yayım kanalları və tarixləri

Digər
Bu gün, 10:32

Sumqayıtda ölkə karate birinciliyi müxtəlif üslublarla yekunlaşır

Futbol
Bu gün, 10:30

FIFA bu mükafatı ləğv edə bilər

Futbol
Bu gün, 10:29

Qəbələ Şamaxıya gələcək: Misli Premyer Liqası XIII turu

Futbol
Bu gün, 10:23

«Fransa təmsilçisi PSJ Xulian Kinyonesi ilə maraqlanır»

Futbol
Bu gün, 10:21

Hansi Flik, "Sabah"ın qolunun ardından nə üçün əsəbiləşdi?

Futbol
Bu gün, 10:17

Real evdə Alaves‑lə 1:2 məğlubiyyət alıb

Oxşar xəbərlər