top
Formula-1 və Formula-2: Bakı Qran-prisindən XƏBƏRLƏR + VİDEO Idman.biz
19 sentyabr 2025, 16:05
- +

"Formula-1" və "Formula-2": Bakı Qran-prisindən XƏBƏRLƏR + VİDEO

Bakıda təşkil edilən "Formula-1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb.

İdman.biz xəbər verir ki, mübarizəyə saat 16:00-da start verilib.

Bu gün keçirilən ilk test yürüşündə "Maklaren" pilotu Lando Norris ən yaxşı nəticə göstərib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

15:17

"Formula-2" kateqoriyasında sıralama turu başa çatıb.

İdman.biz xəbər verir ki, ən yaxşı nəticəni DANS komandasının üzvü Cek Krouford göstərib.

Onun ardınca "Invicta racing" komandasının üzvü Leonardo Farnaroli ikinci, "Prema racing" komandasının üzvü Qabriel Mini isə üçüncü gəlib.

14:53

Bakıda davam edən "Formula-2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza qeydə alınıb.

İdman.biz xəbər verir ki, sıralama turunda "Art Grand Prix" pilotu Viktor Martins idarəetməni itirərək bolidini səddə çırpıb.

Hadisə səbəbindən trasda qırmızı bayraq qaldırılıb və yarış müvəqqəti olaraq dayandırılıb. Martinsin bolidi qısa müddətdə trasdan uzaqlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də yekunlaşacaq.

14:41

Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisində qəza baş verib.

İdman.biz xəbər verirki, yarış dayandırılıb və qırmızı bayraq qaldırılıb.

"Rodin Motorsport"dan Amaury Kordeelin idarə etdiyi bolid baryerə dəyib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

14:09

"Formula-2" kateqoriyasında sıralama turu başladı.

İdman.biz xəbər verir ki, turun nəticəsinə görə şənbə və bazar günlərində keçiriləcək yarışlarda komandaların start düzülüşü formalaşacaq.

13:43

Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başa çatıb.

İdman.biz xəbər verir ki, "Maklaren" pilotu Lando Norris ən yaxşı nəticə göstərib.

Onun komanda yoldaşı Oskar Piastri ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü olub.

İkinci sərbəst yürüş bu gün, saat 16:00-da start götürəcək.

Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

13:02

"Formula-1" üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüş davam edir.

İdman.biz xəbər verir ki, marşallar 16-cı döngədə kənar elementləri təmizlədikdən sonra qırmızı bayraqlar yaşıl bayraqlarla əvəz olunub və yürüş davam edib.

12:49

Sürücülərdən birinin porebriklərə aqressiv hücumu maşının elementlərinin qırılması ilə nəticələnib.

İdman.biz xəbər verir ki, trasa kənar elementlər düşdüyü və sürücülərə təhlükə mənbəyi olduğu üçün sərbəst yürüş qırmızı bayraqla dayandırılıb. Tras təmizləndikdən sonra yürüş davam edəcək.

12:38

Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başlayıb.

İdman.biz xəbər verir ki, yürüşə saat 12:30-da start verilib.

İkinci sərbəst yürüş saat 16:00-da olacaq.

Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:47

Manuel Noyer Almaniyanın 7:1 hesablı qələbəsini dəyərləndirdi

Futbol
Bu gün, 02:10

Yulian Naqelsman: Kurasao millisinin gələcək oyunlarını görmək mənə maraqlıdır

Futbol
Bu gün, 01:46

Arda Güler Avstraliya millisinin bütün heyətindən bahadır

Futbol
Bu gün, 01:27

Yürgen Klopp Almaniyanın Kurasao üzərində 7:1 hesablı qələbəsini izləyib

Futbol
Bu gün, 01:23

Yürgen Klopp Almaniyanın Kurasao üzərində 7:1 hesablı qələbəsini tribunadan izləyib

Futbol
Bu gün, 00:39

Almaniya millisinin hücumçusu Kay Haverts Kurasao üzərindəki qələbəni şərh edib

Olimpiada
Bu gün, 00:23

Bakıda Qaçış Mədəniyyəti Forumu keçirildi

Futbol
Bu gün, 00:13

PSV Anas Salah-Eddini heyətində saxlaya bilməyəcək

Digər
Dünən, 23:48

İrina Zaretska Karate1 Premyer Liqasında qızıl medal qazanıb

Futbol
Dünən, 23:32

Almaniya Braziliyanı geridə qoyaraq mundialda ən çox qol vuran komanda oldu

Digər
Dünən, 23:17

Azərbaycan millisinin karateçisi İrina Zaretska Mərakeşdə qızıl medal qazanıb

Futbol
Dünən, 23:05

Almaniya millisi DÇ-2026-da ilk qələbəsini qazandı

Futbol
Dünən, 23:00

Almaniya Kurasao ilə matçda qələbə qazandı

Futbol
Dünən, 23:00

Almaniya Kurasao üzərində qəti qələbə qazandı

Futbol
Dünən, 22:55

DÇ-2026: Almaniya Kurasao üzərində qələbə qazandı

Futbol
Dünən, 22:25

Arda Turan Ukrayna Premyer Liqasında ən yaxşı baş məşqçi seçildi

Futbol
Dünən, 22:21

Mərakeş millisinin mundialdakı unikal rekordu

Güləş
Dünən, 22:02

Azərbaycan savatçıları Avropa gənclər çempionatında 5 medal qazanıb

Futbol
Dünən, 21:46

Dik Advokat Dünya Çempionatları tarixində ən yaşlı baş məşqçi olub

Futbol
Dünən, 21:46

Dik Advokat Dünya Çempionatları tarixində ən yaşlı baş məşqçi olub

Şahmat
Dünən, 21:39

Məhəmməd Muradlı "UzChess Cup"da qalib oldu

Futbol
Dünən, 21:19

Elgiz Kərəmli “Kəpəz”də baş məşqçi köməkçisi vəzifəsində çalışacaq

Futbol
Dünən, 21:09

DÇ-2026: Almaniya millisinin Kurasao ilə qarşılaşması başlanıb

Basketbol
Dünən, 20:57

„Neftçi“ qızlar arasında U-15 basketbol çempionu oldu

Oxşar xəbərlər