top
FIA Formula 1-də mübahisəli mühərrik texnologiyasına aydınlıq gətirməyə çalışır Idman.biz
26 yanvar 2026, 06:10
- ↺ +

FIA Formula 1-də mübahisəli mühərrik texnologiyasına aydınlıq gətirməyə çalışır

Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" mövsümü başlamazdan əvvəl mübahisəli mühərrik texnologiyası ilə bağlı yaranan müzakirələrə qəti və birmənalı son qoymaq üçün "qara-ağ" həll üzərində işləyir.

İdman.Biz "RacingNews"a istinadla xəbər verir ki, qış fasiləsində yayılan məlumatlara görə bəzi güc qurğusu istehsalçıları, xüsusilə "Mercedes High Performance Powertrains" və "Red Bull Powertrains" texniki reqlamentlərdə nəzərdə tutulan 16:1 sıxılma nisbətini aşaraq 18:1 səviyyəsində işləməyə imkan verən mexanizm hazırlayıblar.

Bu iddialara görə, sıxılma nisbəti pit-leyndə (yarış zamanı bolidlərin xidmət aldığı zona), ətraf mühit temperaturunda ölçülür. Tras üzərində isə bu göstəricini real vaxtda ölçmək üçün texnologiya mövcud deyil. Temperaturun artması ilə genişlənən metallardan istifadə olunacağı təqdirdə, faktiki olaraq 16:1 həddindən yuxarı sıxılma nisbətinə çıxmaq mümkün ola bilər. Hesablamalara əsasən, Avstraliyanın Albert Park trasında bu üstünlük hər dövrə üçün təxminən 0,3 saniyə, 58 dövrəlik yarış məsafəsində isə 17,4 saniyə qazanc deməkdir.

Yanvarın 22-də FIA ilə mühərrik istehsalçıları arasında keçirilən görüşdə əsas mövzu sıxılma nisbətinin yüksək temperatur şəraitində necə ölçülməli olması ilə bağlı metodologiya olub. FIA-nın təkoturacaqlı avtomobillər üzrə texniki direktoru Nikolas Tombazis bildirib ki, bu görüş "zirvə toplantısı" olmayıb və hər hansı böyük qərar qəbul edilməsi məqsədi daşımayıb.

Tombazisin sözlərinə görə, görüş sırf texniki xarakter daşıyıb və iştirakçılar məsələni fikir mübadiləsi yox, mühəndislik problemi kimi müzakirə ediblər. O vurğulayıb ki, FIA mövsümün startında komandaların qaydaları fərqli şəkildə şərh etdiyi bir vəziyyətin yaranmasını qətiyyən istəmir.

Sıxılma nisbəti ilə bağlı iddia edilən texnologiyanın "boşluq" (loophole) olub-olmaması barədə suala cavab verən Tombazis bildirib ki, bu anlayışın özü mübahisəlidir. Onun sözlərinə görə, hazırda konkret qayda pozuntusundan danışmaq tezdir və əsas məqsəd ilk yarışdan əvvəl məsələni tam aydın və mübahisəsiz şəkildə bağlamaqdır.

Eyni zamanda, Avstraliya Qran-prisinə qədər həll tapılmasa, komandaların etiraz müraciəti etməsi ehtimalı da qalır. Tombazis qeyd edib ki, FIA aydınlıq yaratmağa çalışsa da, hər hansı komandanın etiraz edib-etməməsi qurumun səlahiyyətinə daxil deyil. Məqsəd isə elə bir şəffaflıq təmin etməkdir ki, etiraza ehtiyac qalmasın.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:50

Camal Musiala 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq

Futbol
Bu gün, 18:43

Niko Pas "Real Madrid"ə qayıtmaq istəmir, "Mançester Yunayted" maraqlıdır

Futbol
Bu gün, 18:29

"Atletiko"-nun hücumçusu Aleksander Sørloth zədə səbəbindən azı iki həftə meydandan uzaq qalacaq

Futbol
Bu gün, 18:29

Nurlan Novruzov: "Məni Bülent Korkmaz kəşf edib" – uşaq futbolda məşqçilik karyerasına başlaydı

Futbol
Bu gün, 18:27

Şəfa 3‑1 qolla "İmişli"ni məğlub etdi – VİDEO və XRONOLOGİYA

Futbol
Bu gün, 18:25

Xankəndi Zaqatala üzərində 0:2 qalib gəldi – VİDEO

Futbol
Bu gün, 18:21

«Bruno Fernandes Brentford qarşılaşmasından öncə məşqdə iştirak etməyib»

Futbol
Bu gün, 18:20

Barkonun Oyuna Çatmasının Nə Dəlikdə Taktiki Qərar Olduğunu Açıq Etdi

Futbol
Bu gün, 18:13

"Roma"nın braziliyalı müdafiəçisi Uesli həmyerlisi Endrikin kluba gəlməsini təklib edib

Futbol
Bu gün, 18:00

"Xankəndi" I Liqada 9-cu turda "Zaqatala"yı 2:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 17:55

Neftçi və Zirə 13-cü turda qarşı-qarşıya: start heyətləri açıqlandı

Güləş
Bu gün, 17:54

«Vergi Borcları ilə Qarşılaşan Güləş Məşqçisinin Azərbaycandan Çıxışına Müvəqqəti Qadağa»

Futbol
Bu gün, 17:51

"Arsenal" xal fərqini artırmaq şansı var, "Mançester Yunayted" isə elitada qalma uğrunda mübarizə aparmalıdır — Premyer Liqa 12-ci tur icmal

Futbol
Bu gün, 17:50

"Neftçi – Zirə qarşılaşmasının heyətləri açıqlanıb"

Boks
Bu gün, 17:45

Həyat yoldaşının açıqlamasından sonra BBBofC Fyurini döyüşdən əvvəl tibbi müayinəyə göndərdi

Futbol
Bu gün, 17:43

Hakim qapıçıya yumruq vurdu – VİDEO

Futbol
Bu gün, 17:40

PSJ "Real"ın Betis idmançısı Abde Ezzalzouliyə maraqlanır

Futbol
Bu gün, 17:36

UEFA «Beşiktaş» – «Hapoel» matçında iğtişaşları araşdırmaq üçün müfəttişlər təyin edib

Futbol
Bu gün, 17:34

Zaur Həşimov "İmişli" üzərindəki qələbəyə hava və su kimi ehtiyacımız vardı

Futbol
Bu gün, 17:33

"İmişli" "Şəfa"ya Yevlaxda 1:3 hesabı ilə uduzdu

Futbol
Bu gün, 17:31

"Araz-Naxçıvan-2"lə "Zirə-2" arasında altı qolluq heç-heçə

Futbol
Bu gün, 17:25

«İmişli»nin baş məşqçisi «Şəfa»ya məğlubiyyətdən sonra komandasını tənqid etdi

Futbol
Bu gün, 17:23

Fransa Liqa 1: "Paris" PSJ-ni cəmi üç xalla təqib edir - XII tur əvvəlki icmal

Futbol
Bu gün, 17:21

Şəfa 10 oyunluq qələbəsizlik seriyasını bitirdi – 3:1 qalib gəldi

Oxşar xəbərlər