Azərbaycan güləşçisi Fatimə Bayramova Bakıda keçirilən U-17 dünya çempionatında təsəlliverici görüşdə məğlub olub.
"Report"un məlumatına görə, 53 kq çəki dərəcəsində yarışan idmançı macarıstanlı Mariya Jitovoza 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.