Azərbaycan sərbəst güləşçisi Rəşid Nəzərov Bakıda keçirilən U-17 dünya çempionatındakı ilk görüşündə məğlub olub.
"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində ermənistanlı Erik Papikyana 1:9 hesabı ilə uduzub.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.