Azərbaycanın iki sərbəst güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilmiş turnirdə bürünc medal qazanıb.
Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Əli Əliyev turnirində Ruslan Abdullayev (65 kq) və Abubakr Abakarov (92 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxaraq, bürünc mükafata sahib çıxıblar.