"Gəncə" basketbol klubu Aydın İbrahimovu heyətinə cəlb edib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı hücumçu ilə müqavilənin müddəti yeni mövsümün sonunadək nəzərdə tutulub.
Boyu 2 metr olan basketbolçu Azərbaycanın U-18 və U-20 millilərinin şərəfini qoruyub.
Qeyd edək ki, A.İbrahimovun son klubu "Lənkəran" olub.