"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin yaşıl meydanlara dönüş zamanı bəlli olub.
QOL.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov "Sumqayıt"la matçdan (4:2) sonra baş tutan mətbuat konfransında açıqlamasında bildirib:
"Böyük ehtimalla, Elvin tam olaraq yanvar ayında hazır olacaq. Bərpa prosesi yaxşı gedir. Ola bilsin, dekabrın sonlarında hansısa oyunda ona şans verək. Zədəsi kifayət qədər ciddi idi və əməliyyat olunmuşdu. Buna görə ehtiyatlı davranırıq. Ümumilikdə, vəziyyəti yaxşıdır. Özünü tam hazır hiss etsə, dekabrın sonlarında meydana çıxa bilər".