"Lans"ın hücumçusu Abdallah Sima Fransa Liqa 1-də keçirilən oyunda möhtəşəm performans sərgiləyib.
QOL.az xəbər verir ki, 29 yaşlı futbolçu çempionatın 12-ci turunda "Anje" ilə görüşdə 5 qol vurub. "Lans" səfərdə rəqibini 5:2 hesabı ilə məğlub edib.
Sima 43, 64, 70, 76 və 81-ci dəqiqələrdə fərqlənərək 38 dəqiqə ərzində penta-trikə imza atıb. O, komandasının bütün qollarının müəllifi olub.
Qeyd edək ki, cari mövsüm Liqa 1-də 7 matçda iştirak edən hücumçu 6 qol vurub və 1 məhsuldar ötürmə verib.
12 turdan sonra 17 xalı olan "Lans" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. "Anje" isə 8 xalla 17-cidir.