"İnter"in hücumçusu Markus Türam İtaliya A Seriyasının 13-cü turunda "Cenoa" ilə matçda (4:0) vurduğu qollardan birini "GTA 6" oyununun personajı "Lusiya"ya həsr edib.
QOL.az xəbər verir ki, Fransalı futbolçu 54-cü dəqiqədə vurduğu qoldan sonra barmaqları ilə "L" hərfini göstərib. Daha sonra o, sosial şəbəkə hesabında qol sevincinin fotosunu paylaşaraq şəklə "Lucia" yazıb, ürək emojisi əlavə edib. O, həmçinin "Rockstar Games" şirkətinin rəsmi hesabını və Lusiyanın fan səhifəsini işarələyib.
Qeyd edək ki, "İnter" – "Cenoa" görüşü "San-Siro" stadionunda keçirilib. Meydan sahiblərinin qollarını Lautaro Martines (29), Türam (40, 54) və Petar Suçiç (45+3) vurublar.