11 qat Olimpiya çempionu olan norveçli xizəkçi Yohannes Klebo Dünya Kubokunda qələbələrin sayına görə həmyerlisi Marit Byorqenin rekorduna şərik çıxıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, idmançı 114-cü zəfərini qazanıb.
Klebo bu uğura 2026/2027 mövsümündə Dünya Kubokunun I mərhələsində Finlandiyada keçirilən kişilər arasında 20 km məsafəyə sərbəst üsulla kütləvi start yarışında imza atıb.
Finişə 45 dəqiqə 14,0 saniyəyə çatan xizəkçi bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, Qış Olimpiya Oyunlarının 8 qat qalibi olan Marit Byorqen 2018-ci ildə karyerasını başa vurub.