top
Muslera, Uruguay qapıçısı, 40 yaşında karyerasına son verdi Qol.az
Today, 11:51
- ↺ +

Muslera, Uruguay qapıçısı, 40 yaşında karyerasına son verdi

Uruqvaylı qapıçı Fernando Muslera 40 yaşında peşəkar futbolçu karyerasını başa vurub.

QOL.az xəbər verir ki, təcrübəli qolkiperin karyerasında sonuncu oyun Libertadores kubokunun finalında Argentinanın "Estudiantes" və Braziliyanın "Palmeyras" klubları arasında keçirilən qarşılaşma olub. Musleranın formasını geyindiyi "Estudiantes" görüşdə 0:1 hesabı ilə məğlub olub.

Karyerasının böyük hissəsini "Qalatasaray"da keçirən Muslera 2011-2025-ci illərdə İstanbul təmsilçisinin formasını geyinib. O, bu komanda ilə 8 dəfə Türkiyə çempionu olub.

Muslera Uruqvay millisinin heyətində 137 oyun keçirib. Bu göstəriciyə görə o, yığmanın tarixində üçüncü pillədə qərarlaşıb. Qapıçı yalnız Luis Suares (143 oyun) və Dieqo Qodindən (161 oyun) geri qalır.