top
Səbuhi Səfiyarlı: Qəbələyə tətbiq edilən cərimələr birmənalı olaraq ağırdır Report.az
16 May 2026, 14:12
- ↺ +

Səbuhi Səfiyarlı: "Qəbələ"yə tətbiq edilən cərimələr birmənalı olaraq ağırdır

AFFA İntizam Komitəsinin "Qəbələ"yə tətbiq etdiyi cərimələr birmənalı olaraq ağırdır.

Bu barədə "Report"a Qəbələ təmsilçisinin idman dirketoru Səbuhi Səfiyarlı açıqlama verib.

O, Misli Premyer Liqasının XXXI turunda baş tutan "Qarabağ"la oyundan sonra komandanın futbolçusu Asif Məmmədovun 4 oyunluq cəzalandırılmasına münasibət bildirib:

"Apellyasiya şikayəti ilə bağlı hələ qərar verməmişik, məsələni araşdıracağıq. Lakin cərimələr birmənalı olaraq həddən artıq ağırdır. İntizam kodeksində yüngül təhqirlə ağır söyüşün cəzası eynidir. Asif illərdir futboldadır və heç kim onun kimisə ağır söyüşlə təhqir etdiyini eşitməyib. Hakimlərin idarəçiliyi zamanı qərəzli qərarlar olur. İnqilab Məmmədov daha əvvəl də 2 xalımızı əlimizdən almışdı. AFFA Hakimlər Komitəsi də səhvi təsdiqləmişdi. Belə vacib oyuna yenidən onun təyin edilməsi və bu cür qərar verməsi maraqlıdır. Asif oyundan sonra hakimlə görüşüb üzrxahlıq da edib. Orada ağır söyüş olsaydı, atmosfer daha gərgin olardı. 10 min manat cərimə bizim klub üçün çox böyük və ağır qərardır".

Klub rəsmisi azarkeşlərin meydana daxil olmasına görə kəsilən cəriməyə də toxunub:

"Meydana cəmi bir azarkeş daxil olub, qalanları isə topdaşıyan uşaqlardır. Dünya futbolunda da belə hallar olur. Lakin bir nəfərin qaçması ilə kütlənin meydana axışmasının cəzası eyni olmamalıdır. Bizim cəza sistemi yenidən nəzərdən keçirilməlidir. Sanki nə qədər çox cəza versələr, o qədər yaxşıdır deyə düşünürlər. İmkan düşən kimi dərhal ən ağır cəzalardan istifadə edirlər. Emosiyaların yüksək olması təbiidir, lakin cərimənin bu dərəcədə ağır olmasını düzgün hesab etmirəm".

Qeyd edək ki, matçın 86-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb və 4 oyunluq cəzalandırılıb. Klub isə 10 min manat cərimələnib.

Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması və əşya atılması isə klubu əlavə 4 500 manat ziyana salıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Yesterday, 11:51

Nearly 51,000 tickets sold for the “Sabah” vs “Slavia” match – statement to KLUBDAN İDMAN.BİZ

Football
Yesterday, 11:07

Harry Kane could extend his contract with Bayern until the summer of 2030.

Football
Yesterday, 09:44

Real Madrid's forward Vinicius Junior has split from his girlfriend

Football
Yesterday, 09:33

Duşan Vlahoviç debütündən sonra 4 ardıcıl matçda qol vurar, Beşiktaşın XXI əsr rekordunu qırdı

Football
11 October 2026, 22:55

Turan Tovuz beat Şəfa 0:1 - Video review

Qarabagh FC
11 October 2026, 22:25

İmişli – Qarabağ (0:2) match video recap

Judo
11 October 2026, 20:11

Azərbaycan Güləş Federasiyası Cüdo Federasiyasını dünya çempionatındakı tarixi nəticələr münasibətilə təbrik edib

Qarabagh FC
11 October 2026, 09:35

Misli Premyer Liqasında VII turun iki oyunu bu gün yekunlaşdırılacaq

Basketball
10 October 2026, 22:58

"Neftçi" started the season by defeating "Ordu" 83-79, while "LANDAU Lions" beat NTD 102-68;

Basketball
10 October 2026, 09:49

Azərbaycan Basketbol Liqasının II turunda "LANDAU Lions" NTD və "Neftçi" "Ordu" ilə qarşılaşacaq

Football
10 October 2026, 00:41

Azerbaijan women's national team defeated Antalyaspor 2-1.

Football
10 October 2026, 00:33

Video presentation of the 0:0 draw of the Neftçi‑Sabah match

Football
09 October 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Football
09 October 2026, 19:49

Turkish Football Federation dismissed Montella

Football
09 October 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi

Football
09 October 2026, 12:55

Asif Əliyev: Neftçi və Sabah arasındakı matçda nəticənin heç‑heçə olacağını gözləyir

Football
09 October 2026, 11:31

Mikel Arteta, Arsenalla yeni müqavilə imzalayaraq, dünyanın ən yüksək maaşlı baş məşqçisi oldu

Basketball
09 October 2026, 10:39

ABL will host Sumqayıt against Nakhchivan at home in the second round;

Football
09 October 2026, 05:14

Ancelotti broke a record in Brazil's national team by achieving the lowest win percentage

Football
08 October 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Judo
08 October 2026, 22:46

Judo World Championship held in Baku: Azerbaijan in third place

Football
08 October 2026, 21:23

UEFA appoints AFFA chief for Women's World Cup 2027 qualifying match

Judo
08 October 2026, 19:39

Murad Fətiyev: Dünya çempionatında medallarımızın sayı artacaq

Football
08 October 2026, 19:25

"Imishli" PFK – Zamir Hasanov and Rasul Allahverdiyev part ways;

Related news