"Real" (Madrid) bütün turnirlərdə ardıcıl 9-cu qələbəsini qazanıb.
QOL.az xəbər verir ki, Joze Mourinyonun komandası La Liqanın 13-cü turunda "Selta"nı 2:1 hesabı ilə məğlub edib.
Bu qələbəyədək komanda ölkə çempionatında daha 5, UEFA Çempionlar Liqasında isə 3 dəfə qalib gəlib.
Qeyd edək ki, "Real" sonuncu dəfə belə uğurlu seriyaya 2022/2023 mövsümünün əvvəlində imza atıb. Həmin vaxt Karlo Ançelottinin rəhbərlik etdiyi komanda da ardıcıl 9 qələbə qazanıb. 2021/2022 mövsümünün son matçını da nəzərə alsaq, madridlilərin seriyası 10 oyuna çatıb.