İngiltərə Premyer Liqasının 11-ci turunda Londonun "Çelsi" klubu doğma meydanda "Lids Yunayted"ə 1:4 hesabı ilə uduzub.
Oxu.Az xəbər verir ki, "Stemford Bric" stadionunda keçirilən qarşılaşmanı Maykl Oliver idarə edib.
Oyunda hesabı 24-cü dəqiqədə Emanuel Emeqa açaraq London təmsilçisini önə keçirib. Lakin 27-ci dəqiqədə Noa Okafor hesabı bərabərləşdirib.
53-cü dəqiqədə Dominik Kalvert-Lyuin penaltini dəqiq yerinə yetirərək "Lids"i önə çıxarıb. 58-ci dəqiqədə isə Okafor dublunu rəsmiləşdirib. Brenden Aaronson 90+1-ci dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib - 1:4.
Bu qələbədən sonra "Lids Yunayted" 17 xalla turnir cədvəlinin altıncı pilləsinə yüksəlib. 16 xalı olan "Çelsi" isə səkkizinci yerdə qərarlaşıb.