Kipr 1-ci Divizionunda 10-cu turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun çıxış etdiyi "Pafos" səfərdə "Omoniya Aradippou"nun qonağı olub. Qarşılaşma "Pafos"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Omoniya Aradippou" - Pafos" - 1:2
Qollar: Anderson Silva, 29-avtoqol - Ken Sema, 17 Jonatas Noro, 27
Murad Məmmədov görüşü meydandan kənarda izləyib.
Bu qələbədən sonra xallarının sayını 19-a çatdıran "Pafos" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.