Rumıniya Superliqasında 16-cı turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Petrolul" səfərdə "Dinamo Buxarest"lə üz-üzə gəlib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. "Petrolul"a qələbə gətirən qolu 45+12-ci dəqiqədə Dan N'Lundulu vurub.
Görüşə ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 89-cu dəqiqədə N'Lundulunun əvəzinə meydana daxil olub.
Qeyd edək ki, xallarının sayını 30-a çatdıran "Petrolul" turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. "Dinamo Buxarest" isə 33 xalla ikincidir.