top
Mixail Mudrikdən şok etiraflar: Arsenal peşmanlığı, dopinq qalmaqalı, borca düşməsi və təhdidlər Oxu.az
Today, 04:34
- ↺ +

Mixail Mudrikdən şok etiraflar: "Arsenal" peşmanlığı, dopinq qalmaqalı, borca düşməsi və təhdidlər

Ukraynalı futbolçu Mixail Mudrik dopinq qalmaqalı, milli komandadakı vəziyyəti, "Çelsi"də yaşadığı çətinliklər və keçmiş agenti ilə maliyyə mübahisəsi barədə danışıb.

Oxu.Az xəbər verir ki, 25 yaşlı vinger bu barədə jurnalist Dmitri Qordonun "YouTube" layihəsinə müsahibəsində açıqlamalar verib.

Mudrik meldonium maddəsinin orqanizminə necə düşdüyü ilə bağlı ehtimallarının olduğunu bildirib:

"Mən bu preparat haqqında həyatımda heç vaxt eşitməmişdim. İlk dəfə onunla bağlı məlumatı mənə deyəndə öyrəndim. Həmin vaxt Ukraynaya yalnız milli komandanın oyunları üçün gəlirdim. Yığmada bu maddənin orqanizmimə düşməsi ilə bağlı mümkün variantlar çoxdur. Klublardan fərqli olaraq, orada nəzarət və təhlükəsizlik sistemi lazımi səviyyədə deyildi. Mən futbolçuları deyil, proseslərin təşkilini günahlandırıram".

Vinger Ukrayna Futbol Assosiasiyasının çətin günlərində ona dəstək olmadığını da iddia edib:

"Ukrayna Futbol Assosiasiyası guya mənə kömək edirmiş kimi görünürdü, amma əslində daha çox problem yaradırdı. Çətin anda məndən üz döndərdilər. Assosiasiyanın prezidenti Andrey Şevçenko da kömək etmədi. Sadəcə vəziyyətimin necə olduğunu soruşdu, amma heç bir dəstək və xoş söz görmədim".

Mudrik "Çelsi"yə keçdiyi dövrdə klubdakı qeyri-sabitlikdən narazılığını ifadə edib:

"Mən əvvəlki sabit "Çelsi"yə deyil, daim dəyişən və yenidən qurulan komandaya gəldim. Hər iki aydan bir baş məşqçi və rəhbərlik dəyişirdi. Bəzən məşqçilərin özləri də hansı taktika ilə oynayacaqlarını bilmirdilər".

O, komandadan kənarda qaldığı müddətdə şəxsi məşqçi və masajçı xərclərini öz cibindən ödədiyini söyləyib. Futbolçu baş məşqçi Xabi Alonsonun ona icarəyə getməyi məsləhət gördüyünü də açıqlayıb:

"Xabi Alonso üzümə dedi ki, bu mövsüm icarəyə gedərək oyun təcrübəsi toplamağım daha yaxşı olar. O, həmçinin mənə güvəndiyini söylədi. "Tottenhem"lə yanaşı, "Brentford", "Lids Yunayted" və "Brayton" da mənimlə maraqlanırdı".

Müsahibədə Mudrik keçmiş agenti Yevgeni Krasnikovla münasibətlərinə də toxunub. Ukraynalı futbolçu "Çelsi"yə keçməzdən əvvəl "Arsenal"da oynamaq istədiyini bildirib:

"Əvvəldən "Arsenal"a keçmək istəyirdim, amma keçmiş agentim Krasnikov yalnız öz maraqlarını güdürdü. Onlar təxminən 6 milyon bonus aldılar, mənə isə 4 milyon deyilmişdi. Vəd verilən məbləğin mənə çatmayan hissəsi oldu. Müqavilələri oxumağa çalışanda isə "Bizə inanmırsan?" deyirdilər".

Mudrik əlavə edib ki, bonuslarla bağlı məsələlər ona maliyyə çətinlikləri yaradıb:

"Nəticədə xəbərim olmayan bonusun vergisini ödəməli oldum və borca düşdüm. Məhkəmə iddiaları, hətta təhdidlər və ultimatumlarla da üzləşdim".

Qeyd edək ki, Mixail Mudrik 2023-cü ilin yanvarında Donetsk "Şaxtyor"undan "Çelsi"yə keçib. Hazırda London təmsilçisinin futbolçusu olan vinger 2026-cı ilin sentyabrından icarə əsasında "Tottenhem"də çıxış edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Qarabagh FC
Today, 09:05

Premyer Liqa: Bu gün "Qarabağ" Gəncədə "Kəpəz"in qonağı olacaq

Football
Today, 09:00

Cənubi Amerika kubokunu yenə onlar qazandılar

Football
Today, 07:00

"İdmandan kənar": Dünyanı fəth edən "Pirat" özü ilə mübarizədə necə məğlub oldu? - Foto

Football
Today, 02:12

"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb

Football
Today, 01:38

“Fənərbaxça” məğlubiyyətdən qaçdı - Video

Football
Today, 01:27

Yunuszadə sona kimi ehtiyatda qaldı

Football
Today, 01:12

Cəlalın komandası səfərdə qələbə almadı

Football
Today, 01:00

"Mançester Siti" düşərgəsində "Fulhem"ə 1:1 hesabı ilə qalib gələ bilmədi - Video

Football
Today, 00:29

Krivotsyuk oynamadı, komandası qalib gəldi

Football
Today, 00:13

“Qalatasaray”ın qələbəsi - Video

Football
Today, 00:00

"Nyukasl" - "Arsenal" görüşündə qapılara dörd qol vuruldu - Video

Football
Yesterday, 23:06

Kaxaber Sxadadze Latviyanın "Liepaya" klubunun baş məşqçisi oldu

Football
Yesterday, 22:53

Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı

Football
Yesterday, 22:15

Federasiya prezidentini yalan danışmaqda ittiham etdi

Football
Yesterday, 22:10

"Fənərbağça" səfərdə "Kocaelispor"la 2:2 hesabla heç-heçə etdi - Video

Football
Yesterday, 21:53

Arteta futbolçularına məxfi məlumatların qorunması barədə xəbərdarlıq etdi

Football
Yesterday, 21:24

Murad Məmmədovun komandasından qələbə

Football
Yesterday, 21:16

Çelsi 1:4-ü ilə Lidsə məğlub oldu

Football
Yesterday, 21:09

“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video

Football
Yesterday, 20:46

Amad Diallo Manchester United-dən ayrılma ehtimalı

Judo
Yesterday, 20:26

Azərbaycan cüdoçuları dünya çempionatında medallar qazandılar - Foto/Video

Judo
Yesterday, 20:04

İlham Zəkiyev Qran-Pridə bürünc medal qazanıb

Football
Yesterday, 19:35

Meydanda zədələndi, xəstəxanaya aparıldı

Related news