"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının fantaziya futbol oyunu (FPL) vasitəsilə komandanın heyəti ilə bağlı məxfi məlumatların yayılmasından narahatdır.
QOL.az xəbər verir ki, buna səbəb vinger Xristos Tzolisin "Liverpul"la oyundan əvvəl FPL-də özünü əsas heyətə daxil edərək kapitan təyin etməsi olub. Bu hadisədən sonra Arteta futbolçularına məxfi məlumatların qorunmasının vacibliyini xatırladıb.
İspaniyalı mütəxəssis BBC-yə açıqlamasında məsələni həm komanda üzvləri, həm də ailəsi ilə müzakirə etdiyini bildirib:
"Heyətlə bağlı məlumatların məxfiliyi çox vacibdir. Söhbət etimaddan və gördüyümüz işdən gedir. Belə halların təkrarlanmaması üçün lazımi tədbirləri görəcəyik".