top
Kriştianu Ronaldu Asiya Çempionlar Liqasında Əl-Səddə qarşı qol vuraraq karyera qollarının sayını 987-yə çatdırıb Report.az
Today, 22:57
- ↺ +

Kriştianu Ronaldu Asiya Çempionlar Liqasında "Əl-Sədd"ə qarşı qol vuraraq karyera qollarının sayını 987-yə çatdırıb

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu karyerasında vurduğu qolların sayını 987-yə çatdırıb.

"Report" xəbər verir ki, 41 yaşlı futbolçu Asiya Çempionlar Liqasının əsas mərhələsinin V turunda Qətərin "Əl-Sədd" klubuna qarşı keçirilən ev oyununda fərqlənib.

Ronaldu matçın 13-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirərək komandasını hesabda önə keçirib.

Beşqat "Qızıl top" mükafatçısı olan portuqaliyalı futbolçu karyerası ərzində UEFA Çempionlar Liqasının beşqat, Avropa çempionu və UEFA Millətlər Liqasının ikiqat qalibi olub. O, həmçinin milli komandalar, Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində ən çox qol vuran futbolçu rekordlarının sahibidir.

Ronaldu 2022-ci ilin dekabrından "Əl-Nəsr"in formasını geyinir. Təcrübəli hücumçu karyerası ərzində Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real" (Madrid( və İtaliyanın "Yuventus" klublarında da çıxış edib.

Qeyd edək ki, Kriştianu Ronaldu futbol tarixinin ən məhsuldar bombardiri hesab olunur. Portuqaliyalı ulduz karyerasında 1000-ci qolunu vurmağa cəmi 13 qol qalıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 22:48

Tiaqo Silva karyerasını bitirmək fikrindən daşınıb, daha bir mövsüm oynamağı planlaşdırır

Football
Today, 21:50

2028-ci il Amerika Kubokuna ABŞ-da üçüncü dəfə ev sahibliyi edəcək

Qarabagh FC
Today, 20:53

Andrey Arşavin "Səbahi-Barselona" qarşılaşmasını izləmək üçün Bakıya gəlib

Others
Today, 20:08

Marneulidə GCL komandaasının qoşması ilə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub

Football
Today, 20:05

Flik Çempionlar Liqasında "Sabah"ı La Liqa klubları ilə müqayisə etdi

Football
Today, 20:00

De Yonq: "Yamalın yoxluğu hiss olunacaq, amma geniş heyətimiz var"

Football
Today, 19:26

CAS Afrika çempionluğunu Seneqala qaytarır

Football
Today, 19:24

FIFA, Türkiyənin Gənclərbirliyi və Pendikspor klublarına transfer qadağası tətbiq etdi

Football
Today, 18:55

Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!

Football
Today, 18:47

“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu

Football
Today, 18:38

“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas

Football
Today, 18:28

Dambrauskas: Sabah-Barselona matçı - Yamalın iştirak etməməsi Hans Flik üçün problem deyil

Football
Today, 18:22

Umarali Raxmonaliyev: "Barselona" ilə oyunda əlimizdən gələnin ən yaxşısını edəcəyik"

Qarabagh FC
Today, 18:18

"Barselona" Bakıdakı matçla bağlı əsas məqamları açıqladı

Football
Today, 18:02

Əşrəf Hakimi PSG-də müqaviləni uzatmaq istədiyini açıqladı

Boxing
Today, 17:58

Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub

Football
Today, 17:57

“Zəngəzur” UEFA Regionlar Kubokunda İstanbul'da 5-0 məğlub oldu

Football
Today, 17:38

Musialanın səhhəti ilə bağlı maraqlı detallar üzə çıxdı

Football
Today, 17:26

İsrail "Qalatasaray"dan UEFA-ya şikayət etdi

Football
Today, 17:24

Endrik 2-3 həftə oynamayacaq

Football
Today, 17:06

La Liqanın vitse-prezidenti istefa verdi

Football
Today, 17:02

Borussiya Seru Qirassi ilə müqaviləni 2030-ya qədər uzatmaq istəyir

Football
Today, 16:50

"Sabah" "Barselona"ya qarşı oyundan nə qazanacaq? - Açıqlama/Foto

Related news