top
“Bavariya” rəhbərliyindən Musiala açıqlaması Qol.az
Today, 13:57
- ↺ +

“Bavariya” rəhbərliyindən Musiala açıqlaması

"Bavariya"nın baş icraçı direktoru Yan-Kristian Drezen komandanın yarımmüdafiəçisi Camal Musialanın səhhəti və gələcəyi ətrafında yaranan mübahisələrə münasibət bildirib.

QOL.az xəbər verir ki, noyabrın 2-də məşq zamanı yenidən huşunu itirən 23 yaşlı futbolçu üçün bu, 2026-cı ilin avqustundan bəri üçüncü belə hadisə olub.

Bundan sonra klubun Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge səhhətindəki problemlərə görə Musialanın satışının mümkünlüyünü istisna etməyib. Onun açıqlaması geniş müzakirələrə səbəb olub.

Drezen isə "Bild"ə açıqlamasında futbolçuya dəstək olduqlarını və onun əvvəlki formasına qayıdacağına inandıqlarını deyib:

"Musiala ilə bağlı məsələ barədə indiyədək hər şey deyilib. Sadəcə sakitliyimizi qorumalı və ona oynamaq imkanı verməliyik. Cümə günü planlaşdırıldığı kimi meydana çıxmasına çox sevindim. İndi onun əvvəlki formasına qayıdacağına ümid edirik.

Bu məsələ azarkeşləri narahat edir. Çünki hər bir futbolçumuz bizim üçün doğmadır. Camal da bizim ailəmizin bir üzvüdür. Məhz buna görə onun qayğısına qalırıq. Ona görə də bu qədər müzakirənin yaranacağı gözlənilən idi. Amma FIFPro-nun (Beynəlxalq Peşəkar Futbolçular Federasiyası) reaksiyasına, etiraf edim ki, təəccübləndim. Axı bu oyunçular birliyi Almaniyada faktiki olaraq təmsil olunmur.

Camalın bərpa olunması və əvvəlki formasına qayıtması üçün ona vaxt vermək bizim borcumuzdur. Eyni zamanda klub qarşısında da məsuliyyət daşıyırıq. Uli Höness və Karl-Haynts Rummenigge də fərqli məqamları vurğulasalar da, əslində eyni fikri ifadə ediblər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 14:14

1-ci Liqada 9-cu turun hakimləri açıqlandı

Football
Today, 13:34

Azərbaycanlı futbolçu Konfrans Liqasına sifariş edildi

Football
Today, 13:21

Nazim Süleymanov: "Sabah" "Barselona" ilə oyunda sürpriz edə bilər"

Football
Today, 12:54

Səudiyyə Ərəbistanından legioner limiti ilə bağlı inqilabi qərar

Others
Today, 12:44

“Azərlotereya”dan iki yeni “Poz-Qazan” oyunu: Böyük uduş imkanları!

Football
Today, 12:29

PSJ "Benfika"nın futbolçusu Canluka Prestiannini heyətinə qatmaq niyyətindədir

Football
Today, 12:12

İspaniya U‑17 dünya çempionatında 15:0 hesabı ilə qalib gəldi

Football
Today, 11:59

ÇL-in oyunlarını yayımlayacaq kanallar

Football
Today, 11:38

Qara Qarayevin iştirakı ilə “Yaşıl Top” layihəsinin növbəti tədbiri Bakıdakı məktəbdə keçirildi

Basketball
Today, 11:18

NBA-da müntəzəm mövsümün ilk ayında tamaşaçı sayına görə rekord qeydə alınıb

Football
Today, 10:59

Lamin Yamalın əvəzinə Bakıya o gətirilib - 18 yaşlı istedad kimdir?

Football
Today, 10:50

Osimhen "Aston Villa"ya qarşı oynayacaq?

Football
Today, 10:46

Qısaboyluların dünya çempionatında kütləvi döyüş baş verdi

Football
Today, 10:35

UEFA İspaniya-İngiltərə matçında irqçi davranışa görə İngiltərə Futbol Assosiasiyasına 15 min avro cərimə verdi

Football
Today, 10:20

Səudiyyə Ərəbistanı liqasında əcnəbi futbolçu limiti ləğv edilə bilər

Football
Today, 09:45

Cerrard Poçettinonu tənqid etdi: "Hörmətsizlikdir"

Football
Today, 09:28

"Mançester Yunayted" qışda transferlərə 50 milyon funt sterlinqdən az vəsait ayıracaq

Football
Today, 09:01

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək

Football
Today, 09:00

Çelsi rəhbərliyi Xabi Alonsoyu göndərməyəcək

Basketball
Today, 07:00

Kobi Brayant: 81 xallıq gecə, beş çempionluq üzüyü və "Mamba" fəlsəfəsi

Football
Today, 01:18

Real Madrid Hakimlərə Ən Böyük Təzyiqi Yaratdığını Tebas Açıqladı

Football
Today, 00:46

Zlatan İbrahimoviç seriala çəkiləcək

Football
Today, 00:22

İlin ən yaxşı gənc oyunçusu oldu

Related news