İdman Arbitraj Məhkəməsi (CAS) Afrika Millətlər Kubokunun finalı ilə bağlı Seneqal Futbol Federasiyasının apellyasiya şikayətini təmin edib.
QOL.az xəbər verir ki, bu barədə məhkəmənin rəsmi saytı məlumat yayıb.
CAS Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Komitəsinin Seneqal millisinə 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə qərarını ləğv edib. Final matçının 1:0 hesablı nəticəsi qüvvədə saxlanılıb.
Beləliklə, Seneqal millisi Afrika Millətlər Kubokunun qalibi olub.
Xatırladaq ki, bu il yanvarın 18-də Seneqal və Mərakeş milliləri arasında keçirilən final qarşılaşmasının 90+9-cu dəqiqəsində baş hakim Jan-Jak Nqambo Ndala mərakeşlilərin xeyrinə penalti təyin edib. Qərara etiraz edən seneqallı futbolçular meydanı tərk ediblər. Oyunda 15 dəqiqədən çox fasilə yaranıb. Daha sonra Seneqal millisinin kapitanı Sadio Mane komanda yoldaşlarını meydana qayıtmağa razı salıb.
Qarşılaşmanın əlavə vaxtında Seneqal millisinin yarımmüdafiəçisi Pap Geye matçın yeganə qolunu vurub. Lakin sonradan Seneqala 0:3 hesablı texniki məğlubiiyyət verilib.