"Atletiko"nun baş direktoru Migel Anhel Hil La Liqanın Direktorlar Şurasından və qurumun vitse-prezidenti postundan istefa verib.
QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Ben Ceykobs sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, ötən həftə La Liqa prezidenti Xavyer Tebas klublara Avropa Klublar İttifaqını (UEC) maliyyələşdirdiyini və təşviq etdiyini, bunun üçün təxminən 1 milyon avrodan çox vəsait xərcləndiyini açıqlayıb. İspaniya klublarının bu məlumatdan ciddi şəkildə narazı qaldığı və bir çoxunun qurumdakı hüquqi mövqelərini yenidən nəzərdən keçirdiyi qeyd olunur.
Bununla belə, La Liqanın Migel Anhel Hilin gedişini onun artıq "Atletiko"nun əsas (majoritar) səhmdarı olmaması ilə izah edəcəyi gözlənilir.