"Real"ın zədəli hücumçusu Endrikin bərpa müddəti bəlli olub.
QOL.az Sport.es-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Daha əvvəl Madrid təmsilçisinin braziliyalı forvardının sol budunun əzələsindən (abduktor) zədələndiyi açıqlanmışdı.
Qeyd edək ki, Endrik cari mövsüm La Liqada 5 oyuna çıxıb və orta hesabla meydanda 20 dəqiqə keçirib.