Məşhur futbolçu Tiaqo Silva futbolçu karyerasını başa vurmağı təxirə salaraq daha bir mövsüm oynamağı planlaşdırır.
QOL.az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.
Bildirilir ki, 42 yaşlı braziliyalı futbolçu özünü fiziki cəhətdən yaxşı hiss edir və ailəsi də onun karyerasını davam etdirməsini dəstəkləyir. Silva üçün əsas seçim hazırkı klubu "Fluminense"də qalmaqdır. Klub rəhbərliyi də təcrübəli müdafiəçi ilə müqaviləni 2027-ci ilin sonunadək uzatmaq istəyir.
Qeyd edək ki, Tiaqo Silva 2026-cı ilin yayında yetirməsi olduğu "Fluminense"yə qayıdıb. O, karyerası ərzində "Milan", PSJ və "Çelsi"də çıxış edib. Müdafiəçi London klubunun heyətində 2021-ci ildə Çempionlar Liqasının qalibi olub.