top
Sabah Barselonaya qarşı oyundan nə qazanacaq? - Açıqlama/Foto Oxu.az
Today, 16:50
- ↺ +

"Sabah" "Barselona"ya qarşı oyundan nə qazanacaq? - Açıqlama/Foto

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda keçiriləcək "Sabah" - "Barselona" oyunu ilə bağlı Azərbaycanlı məşqçilər Mahmud Qurbanov, Azər Bağırov, Aslan Kərimov və Elmar Baxşıyev fikirlərini bölüşüblər.

Mütəxəssislər Oxu.Az-a açıqlamalarında qarşılaşmanın favoriti kimi İspaniya təmsilçisini göstərsələr də, "Sabah"ın rəqibə çətin anlar yaşada biləcəyini bildiriblər.

Azərbaycanın U-18 millisinin baş məşqçisi Mahmud Qurbanov bildirib ki, "Barselona"nın gücü hamıya məlumdur və komandaları müqayisə etmək düzgün deyil:

Sabah Barselonaya qarşı oyundan nə qazanacaq? - Açıqlama/Foto

"Bu cütün favoriti, əlbəttə,"Barselona"dır. Futbolçularının gənc olmasına baxmayaraq, yüksək səviyyədə çıxış etdikləri hamıya bəllidir. Komandanın oyun üslubu da məlumdur. Yamal Bakıda oynamasa da, "Barselona" dünyanın ən yaxşı klublarından biridir.

"Sabah" bu oyundan, əsasən, təcrübə qazana bilər. "Barselona"ya qarşı meydana çıxmaq hər bir futbolçunun arzusudur. İlk dəfədir ki, bu klub Azərbaycana gəlir. Azarkeşlərimiz də dünya səviyyəli futbolçuları stadionda canlı izləmək imkanı əldə edəcəklər. Nəticədən asılı olmayaraq, "Sabah"ın futbolçuları üçün bu qarşılaşma böyük təcrübədir. "Sabah"la "Barselona"nı müqayisə edə bilmərik".

"Şamaxı" klubunun baş məşqçisi Azər Bağırov isə "Sabah"ın rəqibin adına görə çəkinməməli olduğunu düşünür. Onun fikrincə, təmsilçimiz əks-hücumlarda və standart vəziyyətlərdə şanslar yarada bilər:

Sabah Barselonaya qarşı oyundan nə qazanacaq? - Açıqlama/Foto

"Bu, həqiqətən də "Barselona"dır və adının çəkisi bəllidir. Amma rəqibin adından çəkinmək lazım deyil. Düşünürəm ki, "Sabah" təmkinli, soyuqqanlı oyun tərzi seçərək, Çempionlar Liqasında indiyədək etdiyi kimi, əks-hücumlardan və standart vəziyyətlərdən istifadə edə bilər. Çəkinmədən azarkeşlərimizin önündə yaxşı futbol sərgiləməliyik".

AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov qarşılaşmanın Azərbaycan futbol tarixində yaddaqalan hadisələrdən biri olacağını qeyd edib. O, "Barselona"nın favorit olduğunu desə də, "Sabah"ın hücum potensialı ilə rəqibə problem yarada biləcəyini bildirib:

Sabah Barselonaya qarşı oyundan nə qazanacaq? - Açıqlama/Foto

"Bəlkə də, klub olaraq, "Barselona" Azərbaycana gəlmiş ən mötəbər komandalardan biridir. Həm "Sabah", həm də futbol azarkeşləri bu tarixin bir hissəsinə çevriləcəklər.

Təbii ki, oyunun favoriti "Barselona"dır. İki klubu potensiallarına görə müqayisə etmək düzgün olmaz. Bəlkə də, "Barselona"nın bir futbolçusunun qiyməti "Sabah"ın bütün oyunçularının ümumi dəyərinə bərabərdir.

"Barselona"nın oyun üslubu topa sahib olmaq, ona nəzarət etmək və rəqibin meydançasında qol imkanları yaratmaq üzərində qurulub. "Sabah" üçün ən vacib məqamlardan biri topu ələ keçirdikdən sonra rəqibin əks-pressinqinə məruz qalmamaq və ya bu təzyiqdən çıxmağı bacarmaqdır.

"Barselona" topu itirdikdən sonra, xüsusilə rəqibin yarımmeydançasında, ilk 5-6 saniyə ərzində onu geri qaytarmağa çalışır. "Sabah" əks-hücuma çıxarkən topu itirsə, öz qapısı qarşısında təhlükəli vəziyyətlə üzləşə bilər. Buna görə də, həmin məqamda diqqətli olmaq lazımdır.

Bununla belə, "Sabah"ın hücum potensialı kifayət qədərdir. Komanda əks-hücumlarda "Barselona"ya çətin anlar yaşada, qol imkanları yarada və fərqlənə bilər. Bu, mümkünsüz deyil. Ümid edirəm ki, nəticədən asılı olmayaraq, azarkeşlər üçün maraqlı oyun baş tutacaq".

"Araz-Naxçıvan" klubunun sabiq çalışdırıcısı Elmar Baxşıyev də qarşılaşmanın favoritinin "Barselona" olduğunu bildirib. Bununla belə, o, futbolda gözlənilməz nəticələrin mümkünlüyünü vurğulayıb:

Sabah Barselonaya qarşı oyundan nə qazanacaq? - Açıqlama/Foto

"Bu, böyük reklamı olan oyunlardan biridir. Favorit bəllidir. Belə qarşılaşmalarda bəxt amili də önəmlidir. Şans "Sabah"ın tərəfində olsa, uğurlu hesab və nəticəyə ümid etmək mümkündür".

Qeyd edək ki, "Sabah" - "Barselona" qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç saat 21:45-də başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 17:24

Endrik 2-3 həftə oynamayacaq

Football
Today, 17:06

La Liqanın vitse-prezidenti istefa verdi

Football
Today, 17:02

Borussiya Seru Qirassi ilə müqaviləni 2030-ya qədər uzatmaq istəyir

Football
Today, 16:39

Mərakeş Seneqalı ittiham edir

Tennis
Today, 16:34

Yannik Sinner sağ dizindən əməliyyat olunub, Avstraliya açıq turnirini buraxacaq

Football
Today, 15:57

“Barselona”nın Bakıdan maraqlı paylaşımı - Video

Wrestling
Today, 15:51

Azərbaycan güləşçisi Sadiq Mustafazadə üç il müddətinə cəzalandırılıb

Football
Today, 15:20

"Vilyarreal"ın futbolçusu Natan Saliba "Sabah"la oyunu buraxacaq

Football
Today, 15:00

FİFA geniş tənqidlərdən sonra bu ideyadan imtina etdi

Football
Today, 14:50

"Milan" "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib

Qarabagh FC
Today, 14:46

Qarabağa səfər, tarixi şəhərdə futbol günü - Video

Football
Today, 14:38

"Traktor" klubunun qapıçısı oyunda huşunu itirdi - Video

Football
Today, 14:31

Fənərbağçanın iki futbolçusu Şaxtyor oyunundan çıxacaq

Football
Today, 14:14

1-ci Liqada 9-cu turun hakimləri açıqlandı

Football
Today, 13:57

“Bavariya” rəhbərliyindən Musiala açıqlaması

Football
Today, 13:34

Azərbaycanlı futbolçu Konfrans Liqasına sifariş edildi

Football
Today, 13:21

Nazim Süleymanov: "Sabah" "Barselona" ilə oyunda sürpriz edə bilər"

Football
Today, 13:18

“Sabah”ın Şampionlar Liqasında uğuru – Marca məqaləsi

Football
Today, 12:54

Səudiyyə Ərəbistanından legioner limiti ilə bağlı inqilabi qərar

Others
Today, 12:44

“Azərlotereya”dan iki yeni “Poz-Qazan” oyunu: Böyük uduş imkanları!

Football
Today, 12:29

PSJ "Benfika"nın futbolçusu Canluka Prestiannini heyətinə qatmaq niyyətindədir

Football
Today, 12:12

İspaniya U‑17 dünya çempionatında 15:0 hesabı ilə qalib gəldi

Football
Today, 11:59

ÇL-in oyunlarını yayımlayacaq kanallar

Related news