"Barselona"nın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçi Pedrini zədələrdən qorumaq üçün onun oyun vaxtını daha diqqətlə tənzimləyir.
İdman.Biz İspaniya mediasına istinadən xəbər verir ki, futbolçu bu mövsüm 16 qarşılaşmada ümumilikdə 1111 dəqiqə meydanda olsa da, yalnız üç görüşü əvəzlənmədən keçirib. Bu, iştirak etdiyi oyunların 18.75 faizinə bərabərdir.
Müqayisə üçün, Pedri 2024/2025 mövsümündə matçlarının 38.9 faizini, ötən mövsüm isə 41.8 faizini əvvəldən sonadək meydanda keçirib. Hazırda Flik yarımmüdafiəçini tez-tez 85-ci dəqiqədən əvvəl əvəzləyərək ona əlavə istirahət imkanı yaradır.
Bu yanaşma ilin sonunadək komandanı gözləyən sıx təqvimlə də bağlıdır. "Barselona"nın qarşıda "Mançester Siti", "Atletiko Madrid", "Vilyarreal" və "Real Sosyedad"la görüşlər də daxil olmaqla səkkiz oyunu var. Rodrinin zədəsi fonunda Pedrinin fiziki hazırlığının qorunması xüsusi əhəmiyyət daşıyır.
Frenki de Yonqun zədədən sonra sıraya qayıtması isə Flikin işini asanlaşdırıb. Niderlandlı yarımmüdafiəçinin yenidən komandanın sərəncamında olması baş məşqçiyə Pedrini daha rahat əvəzləmək və yükünü azaltmaq imkanı verir.