top
Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib Report.az
21 dekabr 2024, 13:52
- ↺ +

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib.

"Report"un Qarabağ Bürosunun xəbərinə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Gənclər və İdman nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionatın final yarışları Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə baş tutub.

Təhsil ocağının idman zalında baş tutan yarışda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin əməkdaşları, Gənclər və İdman naziri Fərid Qayıbov, həmçinin media nümayəndələri iştirak edib.

Nazirlə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi badminton oynamaqla yarışı açıq elan ediblər. F.Qayıbov mətbuata açıqlamasında bildirib ki, bu gün Azərbaycan idmanında tarixi hadisə yaşanır. İşğaldan azad edilmiş torpaqlarımıza idman qayıdır. Mütəmadi olaraq Qarabağın işğaldan azad edilən şəhər və rayonlarında idman yarışları keçirilir. Xankəndi şəhəri də artıq bir neçə idman yarışına ev sahibliyi edib. Nazir Xankəndinin həm də idman mərkəzinə çevriləcəyindən və bu günədək bu şəhərdə keçirilmiş idman yarışlarından da söz açıb.

1974-cü ildə Xankəndidə keçirilmiş turnirdə 3 kateqoriya üzrə mükafatçılar sırasında yer almış Azərbaycan badminton ailəsinin üzvü Mahmud Məmmədov da fəxri qonaq qismində final qarşılaşmalarını izləyib.

Qalib və mükafatçıları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin əməkdaşları, Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov təltif edib.

Qeyd edək ki, 1974-cü ilin oktyabrında Xankəndidə keçirilmiş Azərbaycan çempionatı, klublar arasında da təşkil olunub. Yarışda 24 kişi və 20 qadın badmintonçu iştirak edib. Klubların mübarizəsində isə "Neftçi", "Məhsul", "Zenit", "Lokomotiv" və "Spartak" komandaları birincilik uğrunda yarışıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:43

Ronaldunun 'Əl-Sədd' qarşılaşmasından əvvəl komanda yoldaşlarına müraciəti açıqlandı

Futbol
Bu gün, 01:40

Kristian Şevçenko 'Şolinq'də cəmi 8 həftə qalıb və 'Beyzinqstok Taun'a keçib

Futbol
Bu gün, 01:35

Pafos 0:2 hesabı ilə Danimarka “Midtüllann” klubuna məğlub oldu

Futbol
Bu gün, 01:30

Ronaldo kimi futbolçunun Portuqaliyada bir daha yetişməyəcəyini düşünmürəm

Futbol
Bu gün, 01:09

Amorim: Hər üç gündə qələbə məcburiyyəti təzyiqlə yaşayır

Futbol
Bu gün, 00:50

Barselona Qvardiolun transferində Rodrindən dəstək gözləyir

Futbol
Bu gün, 00:20

Səudiyyə şirkəti

Futbol
Bu gün, 00:19

Beşiktaş Avropa Liqasında İsrail klubu Hapoel Beer-Şeva'ni 2:1 məğlub etdi

Futbol
Bu gün, 00:10

Qavi: Ulduz deyil, komandamızın bir parçasıyam

Futbol
Bu gün, 00:01

Barella sevimli futbolçusunu Cud Bellinqəm kimi elan etdi

Futbol
Dünən, 23:44

Beşiktaş Batumda azarkeşlərin qarşısında güc tətbiq edən təhlükəsizlik qüvvələrini sərt şəkildə pisləyir;

Futbol
Dünən, 23:40

Ərdoğan Beşiktaşın prezidentinə zəng edərək azarkeşlərə dəstək verdi

Minifutbol
Dünən, 23:40

Qusarda keçirdiyim dövrü xatırlayıb, hələ də darıxıram

Futbol
Dünən, 23:36

Batumi insidenti Türkiyə klublarını birləşdirdi – Beşiktaşa dəstək

Futbol
Dünən, 23:27

İnter"də Karlos Auqusto ilə yeni müqavilə imzalandı

Futbol
Dünən, 23:21

Ronaldo karyerasını davam etdirmə qərarını mövsümün sonunda verəcək

Futbol
Dünən, 23:20

Vedat Muriqi ən yaxşı oyunçu mükafatını həyat yoldaşına təqdim edəcək

Futbol
Dünən, 23:06

Türkiyə Klubları Beşiktaş'a Güc Tətbiqini Kəskin şəkildə Pisləyir

Futbol
Dünən, 23:00

Tovuz, Xoşbəxt Xəbərlə Derbi Öncə Qəbul Edir

Futbol
Dünən, 22:55

Beşiktaş‑Hapoel qarşılaşması yenidən təyin edildi

Futbol
Dünən, 22:52

Batumi‑də “Beşiktaş” – “Hapoel Beer‑Şeva” matçı polis müdaxiləsindən sonra bərpa olundu

Futbol
Dünən, 22:52

“Qalatasaray” rusiyalı futbolçunun azad çıxış haqqını 80 milyon avroya yüksəltmək istəyir

Futbol
Dünən, 22:51

Juventus Daniel Yanesi transferini planlaşdırır;

Futbol
Dünən, 22:37

Gürcüstanda Beşiktaş və Hapoel Beer Şeva qarşılaşması polis müdaxiləsi ilə dayandırıldı, xəsarət alındı

Oxşar xəbərlər