top
Batumi‑də “Beşiktaş” – “Hapoel Beer‑Şeva” matçı polis müdaxiləsindən sonra bərpa olundu Oxu.az
Dünən, 22:52
- ↺ +

Batumi‑də “Beşiktaş” – “Hapoel Beer‑Şeva” matçı polis müdaxiləsindən sonra bərpa olundu

UEFA Avropa Liqası çərçivəsində Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” qarşılaşması yaranan qarşıdurmadan sonra bərpa olunub.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 25-ci dəqiqəsində Fələstin bayrağı açan “Beşiktaş” azarkeşlərinə Gürcüstan polisi sərt müdaxilə edib və gözyaşardıcı qazdan istifadə edib.

Tribunada yaranan gərginlik səbəbindən hakimlər və hər iki komandanın futbolçuları meydanı tərk edərək paltardəyişmə otaqlarına yollanmışdılar.

22:26

UEFA Avropa Liqası çərçivəsində İsrailin “Hapoel Beer-Şeva” komandasını Gürcüstanda qəbul edən “Beşiktaş”ın azarkeşləri tribunada Fələstin bayrağı açıblar. Bundan sonra polis müdaxilə edib.

Oxu.Az “Haber Global” telekanalına istinadən xəbər verir ki, Batumidə həm stadionun daxilində, həm də xaricində “Beşiktaş” azarkeşlərinə qarşı müdaxilələr olub.

Məlumata görə, stadiondan kənarda gürcü hərbçiləri bəzi azarkeşləri huşlarını itirənədək döyüblər.

Stadionda isə Fələstin bayrağı açan “Beşiktaş” azarkeşlərinə Gürcüstan polisi sərt müdaxilə edib. Oyunun 25-ci dəqiqəsində tribunada qarşıdurma yaranıb. Gürcüstan polisi gözyaşardıcı qazdan istifadə edib.

Tribunada baş verən hadisələrdən sonra “Beşiktaş”ın bir azarkeşi xərəklə təcili tibbi yardım avtomobilinə aparılıb. Komandanın futbolçuları azarkeşləri sakitləşdirməyə çalışsalar da, qarşıdurmanın miqyası getdikcə genişlənib.

Nəticədə oyun yarımçıq dayandırılıb, hakimlər və hər iki komandanın futbolçuları paltardəyişmə otaqlarına yollanıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:10

Qavi: Ulduz deyil, komandamızın bir parçasıyam

Futbol
Bu gün, 00:01

Barella sevimli futbolçusunu Cud Bellinqəm kimi elan etdi

Futbol
Dünən, 23:40

Ərdoğan Beşiktaşın prezidentinə zəng edərək azarkeşlərə dəstək verdi

Minifutbol
Dünən, 23:40

Qusarda keçirdiyim dövrü xatırlayıb, hələ də darıxıram

Futbol
Dünən, 23:36

Batumi insidenti Türkiyə klublarını birləşdirdi – Beşiktaşa dəstək

Futbol
Dünən, 23:27

İnter"də Karlos Auqusto ilə yeni müqavilə imzalandı

Futbol
Dünən, 23:21

Ronaldo karyerasını davam etdirmə qərarını mövsümün sonunda verəcək

Futbol
Dünən, 23:20

Vedat Muriqi ən yaxşı oyunçu mükafatını həyat yoldaşına təqdim edəcək

Futbol
Dünən, 23:06

Türkiyə Klubları Beşiktaş'a Güc Tətbiqini Kəskin şəkildə Pisləyir

Futbol
Dünən, 23:00

Tovuz, Xoşbəxt Xəbərlə Derbi Öncə Qəbul Edir

Futbol
Dünən, 22:55

Beşiktaş‑Hapoel qarşılaşması yenidən təyin edildi

Futbol
Dünən, 22:52

“Qalatasaray” rusiyalı futbolçunun azad çıxış haqqını 80 milyon avroya yüksəltmək istəyir

Futbol
Dünən, 22:51

Juventus Daniel Yanesi transferini planlaşdırır;

Futbol
Dünən, 22:37

Gürcüstanda Beşiktaş və Hapoel Beer Şeva qarşılaşması polis müdaxiləsi ilə dayandırıldı, xəsarət alındı

Futbol
Dünən, 22:32

Uesli Fofana zədələr səbəbindən futbolu buraxmaq istəyərkən agentləri onu müqavilə müddətinə qalaqalmağa razı salıb

Futbol
Dünən, 22:30

"Beşiktaş" - "Hapoel Beer Şeva" matçında tribunadakı insidentlər səbəbiylə oyun yarımçıq dayandırıldı

Futbol
Dünən, 22:25

Beşiktaş-Hapoel matçı tribunada hadisələr səbəbindən 25-ci dəqiqədə dayandırıldı;

Futbol
Dünən, 22:20

Sabah klubunda daxili gərginlik: Dambrauskas narazılıqları aradan qaldırmalı

Futbol
Dünən, 22:19

“Beşiktaş” oyununda kütləvi dava – oyun dayandırıldı

Futbol
Dünən, 22:17

Cud Bellinqem Vinisiusu müdafiə etdi: "Hamı onu tənqid etmək üçün bəhanə axtarır"

Futbol
Dünən, 22:07

"Vasko da Qama"nın hücumçusu David Korrea məşq bazasında həbs olunub

Voleybol
Dünən, 22:00

Turan"ın voleybolçusu Keniya Karkases: İtaliyada altı il keçirmişəm və bu ölkə mənim üçün ev kimidir

Futbol
Dünən, 22:00

Kapellonun Martinesin kapüşonlu gödəkçəsinə etirazı: 'Kapitan belə geyinə bilməz'

Oxşar xəbərlər