UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda "Beşiktaş"-"Hapoel" (Beer-Şeva) qarşılaşması bərpa olunub.
Lent.az APA-ya istinadən xəbər verir ki, Gürcüstanın Barumi şəhərində keçirilən oyun "Beşiktaş" azarkeşləri ilə polis arasında toqquşmalara görə yarımçıq dayandırılmışdı.
UEFA Avropa Liqasının V turu çərçivəsində Türkiyənin "Beşiktaş" və İsrailin "Hapoel Beer Şeva" komandaları arasında keçirilən matçda gərginlik yaşanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində tribunada azarkeşlər arasında qarşıdurma baş verib.
Polis əməkdaşları "Beşiktaş" azarkeşlərinə bibər qazı ilə müdaxilə ediblər.
Hadisədən sonra futbolçular təhlükəsizlik məqsədilə meydançanı tərk ediblər.