Türkiyənin "Beşiktaş" klubu ilə İsrailin "Hapoel Beer Şeva" komandası arasında Gürcüstanın Batumi şəhərində keçirilən qarşılaşma tribunalarda baş verən insident səbəbindən dayandırılıb.
İdman.Biz xəbər verir ki, matçın 20-ci dəqiqəsində tribunalarda ciddi qarışıqlıq yaranıb.
Belə ki, qarşılaşma zamanı "Beşiktaş" azarkeşlərindən biri "Fələstinə azadlıq" şüarının yer aldığı plakatı açıb. Bu zaman Gürcüstan polisi plakatı azarkeşin əlindən almaq istəyib. Nəticədə azarkeşlərlə polis arasında qarşıdurma yaşanıb.
Polis İstanbul klubunun azarkeşlərinə qarşı bibər qazı və dəyənəklərdən istifadə edib. Müdaxilə nəticəsində xəsarət alan azarkeşlərdən biri təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Qarşılaşmanın baş hakimi Morten Kroq köməkçiləri ilə birlikdə paltardəyişmə otağına yollanıb.
Hazırda qarşılaşma dayandırılıb.