top
Venesuelalıların azərbaycanlı idmançılara hörməti və səfərin təəssüratları: Baş məşqçinin İDMAN.BİZ-ə AÇIQLAMASI Idman.biz
06 yanvar 2026, 15:37
- ↺ +

Venesuelalıların azərbaycanlı idmançılara hörməti və səfərin təəssüratları: Baş məşqçinin İDMAN.BİZ-ə AÇIQLAMASI

Artıq Venesuelanın sabiq prezident hesab olunan Nikolas Maduronun saxlanılaraq ABŞ-yə aparılması 2026-cı ilin əvvəlində dünyanın ən çox müzakirə olunan hadisəsinə çevrilib.

İdman.Biz xəbər verir ki, bu proses Venesuelanı beynəlxalq gündəmin mərkəzinə çıxarıb.

Maraqlıdır ki, ötən ilin iyun ayında - ABŞ Hərbi Dəniz Qüvvələrinin Venesuela sahillərində qüvvələrini yerləşdirməyə başlamasından az müddət əvvəl – azərbaycanlı idmançılar bu Latın Amerikası ölkəsində səfərdə olublar.

Belə ki, gənc badmintonçular Ülvi Hüseynov və Leyla Camalzadə Venesuelada keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər. Onlar əvvəlcə fərdi yarışlarda və qarışıq cütlüklərdə qızıl medal qazanıblar, daha sonra isə həmin ölkədə təşkil olunan digər beynəlxalq turnirdə iki gümüş medala sahib olublar.

Azərbaycan badmintonçularının Venesueladakı çıxışına milli komandanın baş məşqçisi, iranlı mütəxəssis Morteza Validarvi rəhbərlik edib.

O, İdman.Biz-ə müsahibəsində hazırda çətin və qeyri-adi vəziyyətlə üzləşən ölkədəki səfərlə bağlı xatirələrini bölüşüb.

"Badmintonçularımız həm gənclər arasında, həm də elit kateqoriyada keçirilən turnirlərdə əla nəticələr göstərdilər. Mən Latın Amerikası ölkələrində dəfələrlə olmuşam və orada yarışlar yaxşı, lakin ən yüksək səviyyədə təşkil edilmir. Buna baxmayaraq, idman zalları çox təmiz və səliqəli idi", – deyə Validarvi xatırlayıb.

Baş məşqçi venesuelalıların azərbaycanlı idmançılara münasibətini də xüsusi qeyd edib.

"Venesuelalılar bizə böyük hörmət və diqqətlə yanaşırdılar. Onları həm də Azərbaycanın Venesueladan bu qədər uzaqda yerləşməsi təəccübləndirirdi. Məsələn, turnirin təşkilat komitəsinin nümayəndələri Karakas hava limanında bizi dörd saat gözlədilər. Daha sonra Marakay şəhərinə yollandıq. Bu, çox səliqəli və ən əsası, təmiz, keyfiyyətli yolları və inkişaf etmiş infrastrukturu olan bir şəhərdir", – deyə M. Validərvi bildirib.

Mütəxəssis venesuelalıların bir maraqlı xüsusiyyətinə də diqqət çəkib.

"Maraqlıdır ki, çoxları Azərbaycan simvolları olan futbolkalarımızı almaq istəyirdi, lakin öz futbolkalarını bizə verməkdən imtina edirdilər. Bizə izah etdilər ki, üzərində Venesuela bayrağı olan geyimləri xarici vətəndaşlara hədiyyə etmək onlara qadağandır", – deyə məşqçi vurğulayıb.

Ümumilikdə Azərbaycan millisinin baş məşqçisi bu ölkəyə səfərdən məmnun qaldığını bildirib.

"O vaxt şəhərdə çox gəzirdik, yerli sakinlərlə ünsiyyətdə olurduq. Onlar çox səmimi idilər və hər zaman kömək etməyə çalışırdılar. Yenə də ən çox diqqətimizi çəkən məqam hər yerdə müşahidə olunan təmizlik idi", – deyə Morteza Validarvi əlavə edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Dünən, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Dünən, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Futbol
Dünən, 21:37

Kurban Berdiyev: "Sabah"a qarşı qalib gəldik, futbolçular özünü sübut etdi

Oxşar xəbərlər