top
Vəfa Musayeva: Elə bilirdim ki, artıq alnım Everest zirvəsindədir Idman.biz
21 may 2025, 17:12
- ↺ +

Vəfa Musayeva: "Elə bilirdim ki, artıq alnım Everest zirvəsindədir"

"Mən səkkiz ildir, Everesti fəth etməyi düşünürdüm. Lakin son iki ildə bu dağı fəth etmək üçün çox ciddi hazırlaşırdım. Çətinliklərin çox olmasına baxmayaraq, mən bunu bacardım".

İdman.biz Oxu.Az-a istinadən xəbər verir ki, bunu Everestin zirvəsini fəth etmiş alpinist Vəfa Musayeva vətənə dönərkən jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Everesti fəth etmək onun 35 gününü alıb: "Everest dünyanın ən hündür dağıdır, indiyə qədər qalxdıqlarımın heç birinə bənzəmirdi. Get, get - bitmirdi, bu səfər mənim 35 günümü aldı. Ona görə də çox çətin idi.

Everestə getməzdən öncə çox araşdırma etmişdim. Hansı texniki və fiziki çətinliklərin olduğunu gözə almışdım. Məni nələrin gözlədiyinin fərqində idim. Sözün açığı, çox qorxurdum, amma özümə inanırdım, çünki çox hazırlaşmışdım".

O, zirvəyə çatan ərəfədə yaşadıqlarından və təəssüratından bəhs edib: "Zirvəyə çatmağa az qalmış özümü pis hiss edirdim, fikirləşdim ki, həyəcandandır. Lakin sonra mənim oksigen balonum yoxlanıldıqda oksigenin çox az qaldığını gördük. On dəqiqə oksigen balonumun dəyişilməsini gözlədim. Ondan sonra zirvəni fəth etdim. Bu, bir az qorxulu an idi, lakin öhdəsindən gəldim.

Everest özü başdan-ayağa qeyri-adi hadisədir. Elə insanlar var ki, kamp 3-ə, 4-ə çatıb çadırda yatanda görürdün ki, birinin ciyərinə su yığılıb, birinin beyninə qan sızır, biri oksigen çatışmazlığından əziyyət çəkir, birini təxliyə edirlər, biri ölür. Belə hadisələrin içərisində özünü mental olaraq yaxşı saxlayıb, davam etmək çox çətin idi.

Yəqin ki, görmüsünüz, zirvəyə çatan yerdə dünyasını dəyişən alpinistlər olur. Hətta onların meyitlərinin üzərindən keçib zirvəyə getməlisən. Bunun üçün də güclü iradəyə sahib olmalısan ki, hər şeyə rəğmən yoluna davam edə biləsən".

Alpinist qeyd edib ki, dağı fəth etmək üçün o səni çağırmalıdır: "Zirvəyə çatanda özümdən asılı olmadan bir də gördüm ki, alnımı Everestə qoymuşam. Ona məni qəbul etdiyi üçün təşəkkür etdim. Dağlar, həqiqətən də, müqəddəs yerlərdir. O səni çağırmalı və qəbul etməlidir. Mən buna inanıram. Daha sonra bayrağı çıxardım və emosional duyğular yaşadım. Külək və şaxta idi, orada çox qalmaq olmazdı. Ancaq bayraq ilə bir şəkil, qısa bir video çəkdirə bildim, daha sonra geri qayıtdım.

Zirvədən enib çadıra keçəndə artıq ikinci 8 minliyin qərarın verdim. Fikirləşdim ki, mən təkcə Everestdən getməyəcəyəm, Azərbaycan tarixində, eyni zamanda dünyada çox nadir olan dubl -ikinci 8 minliyi fəth edəcəyəm.

İsrafil Aşurlunun qeyd etdiyi kimi, ölüm zonasında qalmaq mənə məsləhət deyildi. Hətta qrup rəhbərim də mənə xəbərdarlıq etdi ki, ölüm zonasında sən ikinci gün də qala bilməzsən, ancaq mən şansımı sınadım, havanın yaxşı olmasını gözlədim. Hava yaxşı deyildi, yoxsa mən Everestdən dərhal sonra Lhotsu fəth etmək istəyirdim. Növbəti gün gözəl hava var idi, Lhotsda heç kim yox idi və ikinci 8 minliyi "vurub", geri döndüm. Lhots da asan zirvə deyil. Çünki jumar deyilən bir alət ilə dayanmadan özünü yuxarı çəkməlisən. Bunun üçün də sənin gücün, qüvvətin olmalıdır. Digər çətinlik isə oksigensiz bir şəraitdə özünlə mübarizə aparmaqdır.

Lhotsa çıxanda düşünürdüm ki, mən geri necə qayıdacağam?

Burada dünyasını dəyişənlərdən biri mental yorğunluqdan vəfat etmişdi. O, 4-cü kampa gəlib çatanda vəfat etmişdi".

Musayeva qeyd edib ki, gələcəyə dair proqramları bir müddət saxlayacaq: "Əslində, gələcəyə dair müəyyən proqramlar var. Ancaq mən bunları hələ ki saxlamaq istəyirəm. Everest mənim üçün elə bil səyahət idi ki, ondan sonra tezliklə nəyisə demək mənim üçün ağırdır. Ona görə də mən prosesi həzm etməli, dağ ilə söhbətləşməliyəm - o mənə nə verdi, məndən nə aldı, mən ona nə verdim, Everest və Lhostdan sonra Azərbaycana nə ilə gəlmişəm? Mən, həmçinin təhsil işçisiyəm, bu fəthlə mən insanlara nə verəcəyəm? Bunlar hamısı çox ciddi proses idi. Mənim üçün dağa getmək fiziki proses deyil, bu bir transformasiya prosesidir, ona görə də mən onunla baş-başa qalmaq istəyirəm".

Alpinist vurğulayıb ki, bu zirvəni fəth etmək yolunda ailəsi və yaxınları ona dəstək olublar, stimul veriblər: "Anam bir az bundan əvvəl internetdə Everesti axtarış edib, açıb baxıb deyir ki, belə yer olduğunu bilsəydim, səni oraya buraxmazdım, ora ölüm zonasıdır. Ailəmi elə yerə gətirib çıxarmışdım ki, onlar mənə: "Nə istəyirsən, et", - dedilər. Lakin yenə də mənə çox dəstək oldular. Dağda olanda da ailəmin mənimlə əlaqə saxlamasını istəmədim ki, bütünlüklə dağla baş-başa qala bilim".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Oxşar xəbərlər