"Kəpəz" klubu daha bir futbolçunun keçidini rəsmləşdirib.
Bu barədə "Report"a Gəncə təmsilçisinin mətbuat xidmətindən bildirilib.
"Sarı-göylər" Şahmar Aşurovu heyətinə qatıb. 21 yaşlı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Ş.Aşurov son olaraq "Zirə" klubunun formasını geyinib.