top
BŞH rəsmisi: Bakı Formula 1 təqviminin ayrılmaz hissəsidir, azarkeş marağı rekord səviyyədədir Report.az
15 oktyabr 2025, 12:15
- ↺ +

BŞH rəsmisi: Bakı "Formula 1" təqviminin ayrılmaz hissəsidir, azarkeş marağı rekord səviyyədədir

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin Milli Mətbuat katibi Arzu Hüseynova "Report"un suallarını cavablandırıb. O, ötən ay Bakıda keçirilmiş "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı təəssüratlarını bölüşüb.

- Bakıda növbəti dəfə "Formula 1" üzrə Azərbaycan Qran-prisi baş tutdu. Yarışla bağlı nə deyə bilərsiniz?

- Sentyabrın 19–21-i aralığında keçirilmiş "Formula 1" üzrə Azərbaycan Qran-prisi bir daha göstərdi ki, Bakı artıq dünya idman təqviminin ayrılmaz hissəsidir. Yarış doqquzuncu dəfə təşkil olundu və həm təşkilatçılıq, həm azarkeş marağı, həm də televiziya baxış göstəriciləri baxımından çox uğurlu keçdi. Yarışın qalibi "Red Bull" komandasının pilotu Maks Ferstappen oldu. Onun ardınca Lando Norris ("Maklaren") və Karlos Sayns finiş xəttini keçdilər. Xüsusilə, Karlos Sayns üçün bu nəticə çox önəmli idi. O, "Williams" komandasına 2021-ci ildən sonra ilk podium sevincini yaşatdı və yarışdan sonra bunun "karyerasının ən dəyərli podiumu" olduğunu bildirdi. Eyni zamanda, mövsüm lideri Oskar Piastri ("Maklaren) Azərbaycan Qran-prisində ilk dəfə xal qazana bilmədi və finişə belə çatmadı. Bu da bir daha göstərir ki, Bakı mərhələsində nəticələri əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.

- Yarışın doqquzuncu dəfə Bakıda keçirildiyini söylədiniz. Budəfəki turnir digərlərindən nə ilə fərqləndi?

- Builki Azərbaycan Qran-prisi əvvəlkilərdən bir neçə cəhətə görə fərqləndi. Ən önəmli məqamlardan biri azarkeş marağının rekord səviyyəyə çatmasıdır. Tribunalar ümumilikdə 20 mindən çox oturacaq ilə təmin edilmişdi və əlavə olaraq iki yeni tribuna inşa olundu ki, azarkeşlər üçün yarış daha əlçatan olsun. Yarış həftəsi ərzində fan zonaları quruldu, konsertlər və interaktiv tədbirlər təşkil edildi. Ümumilikdə dörd gün ərzində 90 min iştirak qeydə alınıb ki, bu rəqəm həm yarışları, həm fan-zonada və tədbirlərdə iştirak edənləri əhatə edir. Bundan əlavə, Azərbaycana 14 mindən çox turist gəldi ki, bu da tədbirin beynəlxalq çəkisini və ölkəmizə olan marağı bir daha göstərir.

- Təşkilatçılıqla bağlı fikirlərinizi öyrənmək istərdik. Komandaların nümayəndələri və azarkeşlərin Azərbaycan Qran-prisi ilə bağlı düşüncələri necədir?

- Ümumilikdə həm "Formula 1" rəhbərliyi, həm Beynəlxalq Avtomobil Federasiyası (FIA), həm də komandaların nümayəndələri təşkilatçılığı, Bakı Şəhər Halqasının infrastrukturunu, təhlükəsizlik tədbirlərini və azarkeş xidmətlərini çox müsbət qiymətləndirirlər. Bunu hər tədbirdən sonra "Formula 1" tərəfindən təqdim olunan sorğunun nəticələri sübut edir. Xarici medianın marağı bu il əhəmiyyətli dərəcədə artmışdı. Ümumilikdə isə təxminən 300 yerli və xarici media nümayəndəsi yarışı yerində işıqlandırıb. Digər maraqlı fakt ABŞ-da ESPN kanalının əsas yarışın canlı yayımı zamanı təxminən 1,1 milyon tamaşaçını cəlb etməsidir. Bu, Azərbaycan Qran-prisinin Amerika televiziya tarixində ən yüksək göstəricisidir. Şənbə günü baş tutan sıralama turu xüsusi qeyd olunmağa layiqdir. "Formula 1" tarixində ilk dəfə olaraq sıralama turu altı dəfə qırmızı bayraqlarla dayandırıldı, sessiyanın tez-tez dayanmasına səbəb ardıcıl baş verən qəzalar idi. Bu da, əlbəttə ki, medianın böyük marağına səbəb oldu. Yarış həftəsi boyunca azarkeşlər üçün əlavə tədbirlər təşkil olundu. "Ferrari" komandasının pilotlarının Teymur Rəcəbovla şahmat oyunu, "Alpine", "Red Bull" komandalarının milli mətbəximizlə tanışlığı uzun müddət sosial medianın gündəmindən çıxmadı.

- "Formula 1" rəhbərliyi müqavilə müddətini 2030-cu ilədək artırdı. Qarşıdakı illərdə təşkilatçılıq baxımından hansı yeniliklər planlaşdırılır?

- Müqavilənin 2030-cu ilə qədər uzadılması Azərbaycanın "Formula 1" ailəsindəki etibarlı mövqeyini göstərir. Qarşıdakı illərdə əsas məqsəd azarkeş təcrübəsini daha da zənginləşdirmək, paytaxtımızda "Formula 1" atmosferini gücləndirmək və yarış həftəsini daha interaktiv etməkdir. Eyni zamanda, təşkilatçılıqda dayanıqlılıq və ekoloji təşəbbüslər prioritet olacaq – tullantıların azaldılması, enerji səmərəliliyi və yaşıl texnologiyaların tətbiqi planlaşdırılır. Könüllülər proqramının miqyası genişləndiriləcək və logistik proseslərdə yeni texnoloji həllər tətbiq olunacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:55

Röyal Nəcəfov “Xankəndi” komandasının baş məşqçisi təyin olundu

Voleybol
Bu gün, 10:43

Azərbaycanın qızlar voleybol milli komandası Gökhan Edmana təyin edildi

Futbol
Bu gün, 08:19

Harry Kane’in Qızıl Topu qazanma ehtimalı 58% ilə artıb

Futbol
Bu gün, 07:34

Jezuş, Ronaldonun oyun vaxtına dair razılaşmanı pozdu

Futbol
Bu gün, 05:18

Totti 2006-cı il Dünya Çempionatındakı rolunu və karyerasına təsirini izah etdi

Futbol
Bu gün, 02:15

Fransa millisinin baş məşqçisi Zidan, Olisenin qələbə qolunu “qol vuracağını düşündüm” deyə açıqladı

Futbol
Bu gün, 01:52

Mançini Türkiyəyə qarşı 4:1 qələbəni və Fransa ilə görüşü şərh etdi

Qarabağ FK
Dünən, 23:55

Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi Ermənistanı 3:2 məğlub etdi

Futbol
Dünən, 23:25

Etan Mbappeni UEFA Çempionlar Liqasında 3 oyunla diskvalifikasiya etdi

Voleybol
Dünən, 22:56

Asiyat Abuyevanın Murov Az Terminal klubuna transferi

Futbol
Dünən, 22:37

PSJ, Alexandro Balde'yi kirayə götürüb, sonradan almayı planlayır

Futbol
Dünən, 22:23

Vinçenso Montella İtaliya qarşısında topa daha çox nəzarət etməyi planlaşdırır

Futbol
Dünən, 18:13

Mirbağır İsayev: “Litva ilə oyunumuz qələbəyə layiq idi”

Basketbol
Dünən, 17:40

“Sumqayıt” basketbol komandası Hüseyn Əsgərli ilə bir illik müqavilə imzaladı

Futbol
Dünən, 16:15

Azərbaycan U-17 qızlar futbol komandası Avropa çempionatının seçmə mərhələsində 0:16 ilə məğlub oldu

Futbol
Dünən, 15:13

Səhhaf qapıçı Fərhad Vəliyev Litva ilə 1-1 nəticəsini şərh etdi

Futbol
Dünən, 12:27

Qəbələ futbol komandasında iki yeni məşqçi və analitik təyin edildi

Futbol
Dünən, 11:18

“Manchester United” Niko Uilyamsı 95 milyon avro üçün almağa hazırdır

Futbol
Dünən, 11:10

Yurgen Klopp Almaniya millisinin tarixində ən pis startı qeyd etdi;

Futbol
Dünən, 10:04

“Qəbələ”nin baş məşqçisi Yeton Bekirinin gənc futbolçulara şans vermək məqsədi

Futbol
Dünən, 09:49

UEFA, Aliyar Ağayevə Gürcüstan‑Ukrayna oyununu idarə etmək üçün təyinat verdi

Futbol
Dünən, 08:45

UEFA Millətlər Liqası 2026/27 ikinci turunun oyun afişası

Futbol
Dünən, 05:36

Barselonanın gənc futbolçusu Cessi Bisivu Belçika U-21 və Qana millisi arasında seçim etməlidir

Futbol
Dünən, 03:44

Məhəmməd Salahın Misir milli komandadan çıxması ölkədə mübahisələrə səbəb oldu

Oxşar xəbərlər