top
Araz-Naxçıvan Çempionlar Liqası öncəsi Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək Idman.biz
15 oktyabr 2025, 12:18
- +

"Araz-Naxçıvan" Çempionlar Liqası öncəsi Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək

"Araz-Naxçıvan" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi görüşlərə hazırlıq çərçivəsində Azərbaycan millisi ilə yoxlama matçında qüvvəsini sınayacaq.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Yevgeni Kukseviç deyib.

O, bu görüşü qrup oyunlarının təşkil olunacağı Rumıniyaya yollanmamışdan əvvəl reallaşdırmaq istədiklərini söyləyib: "Turnirə yollanmamışdan əvvəl milli ilə qarşılaşmaq istəyirik. Vaxt məhdudiyyəti var. Ona görə də nə ölkə xaricinə gedə, nə də kimisə qəbul edə bilirik. Oktyabrdan həm Azərbaycan çempionatı, həm də UEFA Çempionlar Liqasının hazırlığına başlamışıq. Hətta 3 günlük təlim-məşq toplanışı da keçdik. Hər şey qaydasındadır. Hazırda bütün diqqətimizi yarışa yönəltmişik".

Rusiyalı mütəxəssis rəqibləri təhlil etdiyini deyib: "Oyunlarını təhlil edib müəyyən qədər özüm üçün nəticə çıxarmışam. Rəqiblərin gücləri bəllidir. Hər biri mübarizə apara biləcəyimiz komandalardır. Çətinliklərdən biri də odur ki, ilk oyunu meydan sahiblərinə qarşı keçirəcəyik".

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının əsas mərhələsində yer aldığı VII qrupda "Yunayted Qalati" (Rumıniya), "Differdanje 03" (Lüksemburq) və "Tigers Roermond" (Niderland) komandaları ilə mübarizə aparacaq. Azərbaycan təmsilçisi əsas mərhələdə ilk matçını oktyabrın 29-da Rumıniya klubuna qarşı keçirəcək.

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:05

Liverpul PSJ-nin ulduzu Barkola ilə maraqlanır

Futbol
Bu gün, 17:00

Xəzər Mahmudov “Xankəndi”yə keçib

Futbol
Bu gün, 16:45

Arsenal Kristos Tsolisi transfer edib

Gimnastika
Bu gün, 16:39

Bakıda 31-ci bədii gimnastika çempionatı keçiriləcək

Futbol
Bu gün, 16:00

Sabahın Maluda transferi üçün tələb etdiyi məbləğ

Futbol
Bu gün, 15:40

Xankəndi futbol klubu məşqçilər korpusunu gücləndirib

Minifutbol
Bu gün, 15:00

Araz-Naxçıvan İmişli ilə yoxlama oyunu keçirəcək

Futbol
Bu gün, 14:40

Devid Bekhem mundialdan 19 milyon funt qazandı

Futbol
Bu gün, 14:39

"Xankəndi" yeni mövsümdə güclü məşqçilər korpusu ilə çıxış edəcək

Futbol
Bu gün, 14:20

N'Qolo Kante əvvəlcə Mali millisində oynamaq istəyib

Minifutbol
Bu gün, 14:08

"Araz-Naxçıvan" iyulun 24-də "İmişli" ilə yoxlama oyunu keçirəcək

Güləş
Bu gün, 14:00

Bakı şəhər avarçəkmə və kanoe üzrə açıq çempionatı

Futbol
Bu gün, 13:38

Argentinanın səbir kasası daşdı: AFA dezinformasiya kampaniyasına qarşı iddiası qaldıracaq

Futbol
Bu gün, 13:20

Anxel Korrea 17 milyonluq transfer ilə "Tiqres"ə keçir

Futbol
Bu gün, 13:08

Argentina Futbol Assosiasiyası dezinformasiya kampaniyasına qarşı məhkəmə iddiası qaldıracaq

Voleybol
Bu gün, 12:53

Fuad Ağayev: Avropa çempionatına təyinatım böyük irəliləyişə səbəb ola bilər

Digər
Bu gün, 12:23

Azərbaycan triatlonçuları Minskdə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Futbol
Bu gün, 12:20

Emin Mahmudov avrokuboklarda 10-cu qolunu vurdu

Futbol
Bu gün, 11:38

Neftçinin Dinamo ilə oyunundan sonra legionerinin fikirləri

Şahmat
Bu gün, 11:30

Shamakhi Open 2026 şahmat festivalı başa çatıb

Futbol
Bu gün, 10:53

Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia ABŞ-da saxlanıb

Futbol
Bu gün, 10:53

Argentina Futbol Assosiasiyasının prezidenti ABŞ-da saxlanılıb

Futbol
Bu gün, 10:40

Valentin Barko Çelsiyə transfer olunub

Futbol
Bu gün, 10:37

Avropa Liqası: “Qarabağ”, “Benfika” və “Beşiktaş”ın mübarizəsi

Oxşar xəbərlər