Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunları davam edir. Sport24.az xəbər verir ki, təmsilçimiz alış idman növü üzrə ilk medalını qazanıb.
Buna idmançımız Şəhanə Alməmmədova (75 kq) nail olub. O, mübarizəsini bürünc medalla başa vurub.
Qeyd edək ki, ötən gün qazaq güləşi üzrə Elşən Dünyamalıyev (55 kq), Ülviyyə Bayramova (52 kq) bürünc, Eyvaz Baxşıyev (60 kq) isə gümüş medal qazanıb.