top
“Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə start verilib İdman.biz
02 iyun 2024, 15:46
- +

“Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə start verilib

Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, mərasim Bakı Su İdman Sarayında baş tutub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, Türkiyə İdman Nazirliyinin şöbə müdiri Hakan Bebek, gənclər və idman mütəxəssisi türkiyəli Nail Polat iştirak ediblər.

Mərasimdə öncə yarış iştirakçılarının paradı keçirilib. Daha sonra Dövlət Himni səsləndirilib.

Gənclər və idman naziri Fərid Qayıbov növbəti idman bayramı münasibətində hər kəsi təbrik edib. O bildirib ki, cəmiyyətimizin sağlam gələcəyi üçün təşkil olunan bu tədbir artıq ikinci dəfədir keçirilir: "Bir çox regionlarımızdan iştirak edən idmançılarımız finalda öz gücünü göstərəcəklər. Bu yarışa qatıldıqları üçün hər kəsə təşəkkür edirik. Biz Türk Dövlətlət Təşkialtının üzvüyük. Türk qardaşlarımıza təşəkkür edirik ki, bu gün yarışımızda iştirak edirlər. Bu, üzgüçülük üzrə ilk beynəlxalq yarışımızdır. Həm qadınlar, həm kişilərdən ibarət 100 iştirakçı burada öz gücünü sınayacaq".

O, ardınca yarışı rəsmi olaraq açıq elan edib.

Qeyd edək ki, final mərhələsin Azərbaycan, Türkiyə, Qazaxıstan və Şimali Kipr Türk Respublikası idmançıları 15 yaş kateqoriyasında yarışacaqlar.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər