top
Türkiyə və Demiralın REKORDLARI İdman.biz
03 iyul 2024, 10:33
- ↺ +

Türkiyə və Demiralın REKORDLARI

AVRO-2024-ün 1/8 final mərhələsinin Avstriya – Türkiyə oyunu statistik məqamlarla zəngin olub.

İdman.biz xəbər verir ki, İFFHS bu görüşlə bağlı hesabat hazırlayıb.

Avropa çempionatları tarixində ilk dəfə eyni oyunda 3 qol künc zərbələrindən sonra vurulub.

Türkiyə AVRO-2008-dən sonra ilk, tarixində 4-cü dəfə dünya və Avropa çempionatlarının final mərhələlərində 1/4 finala çıxıb.

Türkiyə tarixində ilk dəfə Avropa çempionatının pley-off matçında 90 dəqiqəyə qalib gəlib. 2-ci belə uğurunu əldə edən komanda AVRO-2008-in Xorvatiya ilə 1/4 finalındakı qələbəni penaltilər seriyasında əldə edib.

Qrupda Gürcüstanı 3:1 və Çexiyanı 2:1 hesabı ilə məğlub edən Türkiyə tarixində ilk dəfə eyni Avropa çempionatında 3 qələbə qazanıb.

Türkiyə AVRO-1964-dən sonra final mərhələsinin pley-offunda start heyətdə iki yeniyetməyə şans verən ilk komandadır. Arda Gülər və Kənan Yıldız ilk "11-lik"də meydana çıxıb. AVRO-1964-də Macarıstan Danimarka ilə görüşdə Ferents Bene və Zoltan Varqaya şans verib.

Avstriya 1965-ci ilin oktyabrından sonra ən erkən qolunu buraxıb. Həmin vaxt ADR-ın futbolçusu Yurgen Neldner DÇ-1966-nın seçmə oyununda erkən qola sevinib. Maraqlıdır ki, hər iki görüş Leyptsiqdə keçirilib.

Merih Demiral DÇ-1998-in yarımfinalında iki qol vuran Lilian Türamdan sonra final mərhələsinin pley-offunda dubl edən ilk müdafiəçi olub.

Demiral Avropa çempionatlarında dubl edən 3-cü müdafiəçidir. Macarıstanlı Deje Novak AVRO-1964-ün Danimarka ilə 3-cü yer uğrunda matçında, fransalı Jan-Fransua Domerq AVRO-1984-ün Portuqaliya ilə yarımfinalında fərqlənib.

Demiral Avropa çempionatlarının pley-offunda dubl edən ilk türkiyəlidir. O, qitə çempionatlarında bunu bacaran 3-cü türkiyəlidir. Hakan Şükür AVRO-2000-nin Belçika, Nihat Kahveçi AVRO-2008-in Çexiya ilə matçında bunu bacarıb.

57-ci saniyədə qol vuran Demiral Avropa çempionatları tarixində pley-offda vurulan ən erkən topdur. O, AVRO-2016-nın Portuqaliya ilə 1/4 final matçının 100-cü saniyəsində fərqlənən polşalı Robert Levandovskini arxada qoyub.

Avropa çempionatlarında ikinci dəfə 1-ci dəqiqədə qol vurulub. Hər ikisi AVRO-2024-ə təsadüf edib. Demirala qədər albaniyalı Nedim Bayrami qrupda İtaliyaya 23-cü saniyədə qol vurub.

Avropa çempionatlarının 6 ən erkən qolundan 4-ü AVRO-2024-də vurulub.

Həm dünya, həm Avropa çempionatlarının pley-offundakı ən erkən qol Türkiyə millisinin hesabındadır. Demiral Avropada, DÇ-2002-nin Cənubi Koreya ilə üçüncülük matçında 11-ci saniyədə fərqlənən Hakan Şükür mundiallarda rekordçudur.

Arda Gülər eyni Avropa çempionatında həm qol, həm assist müəllifi olan üçüncü yeniyetmədir. İngiltərəli Ueyn Runi və portuqaliyalı Kriştiano Ronaldo AVRO-2004-də belə uğura imza atıb.

Avstriyalı Mixael Qreqoriç AVRO-2024-ün 100-cü qolunu vurub.

Qreqoriç 2024-cü ildə Türkiyənin qapısına 4 dəfə yol tapıb. O, martdakı yoldaşlıq oyununda (6:1) het-trikə imza atıb.

Qeyd edək ki, Türkiyə Avstriyanı 2:1 hesabı ilə qalib gəlib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər