top
"Turan Tovuz"un məşq bazasında meydanlardan biri istifadəyə hazırdır Qol.az
19 aprel 2025, 21:51
- +

"Turan Tovuz"un məşq bazasında meydanlardan biri istifadəyə hazırdır

"Turan Tovuz"un Kürdəxanıda yerləşən Hünər təlim-məşq bazasının inşası çərçivəsində standart ölçülü təbii örtüklü  meydançalardan biri istismara hazırdır. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tələb olunan bütün standartlara cavab verən meydança, məşq və yoxlama oyunlarını keçirmək üçün zəruri otaqlar və avadanlıqlarla təmin olunub.