Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev növbəti dəfə oktaqona çıxıb.
İdman.Biz bildirir ki, 36 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən "UFC Fight Night" turnirində slovakiyalı Ludovit Klaynla üz-üzə gəlib.
Yüngül çəki dərəcəsində baş tutan qarşılaşma gecənin ilkin kardında yer alıb. Tofiq Musayev rəqibini məğlub edərək UFC-də növbəti qələbəsini qazanıb.