top
Timoteuş Puxaç: Karyeramı bitirəndə də Bakıya qayıdacağam - müsahibə Idman.biz
Bu gün, 12:42
- ↺ +

Timoteuş Puxaç: Karyeramı bitirəndə də Bakıya qayıdacağam - müsahibə

"Mənim vəziyyətim fərqlidir".

Bunu "Sabah" komandasının və Polşa millisinin futbolçusu Timoteuş Puxaç sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Son oyunda "Sabah" səfərdə "Qəbələ" üzərində 4:0 hesablı qələbə qazandı. Qarşılaşmanı necə dəyərləndirirsiniz?

– Bu, əvvəlki oyunlarımızdan bir qədər fərqli idi. Çünki start heyətində demək olar ki, bütün futbolçuları dəyişmişdik. İlk hissədə müəyyən çətinliklər yaşasaq da, oyunçular yaxşı münasibət və performans nümayiş etdirdilər. Nəticədə 4:0 hesabı ilə qalib gəldik. Bütün heyəti dəyişəndə uyğunlaşmaq asan olmur. Söhbət ikinci heyətin zəif olmasından getmir. Sadəcə, futbolçular bir-biri ilə çox oynamayıblar. Üç-dörd dəyişikliklə 11 oyunçunun hamısını əvəzləmək arasında böyük fərq var. Buna görə də komandaya uyğunlaşmaq üçün vaxt lazım idi. Sevinirik ki, üç xal qazandıq və növbəti oyuna daha yüksək səviyyədə hazırlaşmaq imkanı əldə etdik.

– Qarşıda "Borussiya Dortmund"la Çempionlar Liqasının əsas mərhələsinin üçüncü tur oyunu var. Özünüz də əvvəllər Almaniya klublarında çıxış etmisiniz. Bu baxımdan, Bundesliqa komandası ilə görüş barədə nə düşünürsünüz?

– Bəli, "Borussiya Dortmund"la qarşılaşma bizi gözləyir. Mənim düşüncə tərzim belədir: özümə güvənirəm və həmişə qələbə üçün meydana çıxıram. Rəqibin "Mançester Yunayted", "Borussiya Dortmund" və ya "Barselona" olmasının fərqi yoxdur. Mən hər oyunda qalib gəlmək istəyirəm. Kimin nə düşünməsindən asılı olmayaraq, "Borussiya Dortmund" üzərində də qələbə qazanmağa çalışacağıq və bunun üçün əlimdən gələni edəcəyəm.

– Polşa millisində fərqli taktiki sxemlərdən istifadə olunur. Millidə 5-3-2 və 4-4-2 kimi sistemlər sınaqdan keçirildiyi halda, "Sabah"da 4-4-2 sxemi ilə oynayırsınız. Yığmada heyətə müntəzəm düşməməyinizin bununla əlaqədar olduğuna dair fikirlərlə razısınız?

– Bosniya və Herseqovina ilə UEFA Millətlər Liqasının oyununa dördlü müdafiə sistemi ilə başladıq, daha sonra yenidən beşli müdafiəyə keçdik. Belə dəyişikliklər futbolçular üçün asan deyil. Əlbəttə, biz peşəkarıq və İsveçlə oyunda daha yaxşı çıxış etməli idik.

Ancaq oyun sistemini dəyişmək həmişə müəyyən çətinlik yaradır. Çünki hər taktikanın öz müdafiə prinsipləri, hərəkət istiqamətləri və meydanda yerinə yetirilməli olan tapşırıqları var. Bəzi hərəkətləri futbolçu avtomatik edir, boşluqları bağlayır və mövqeyini düzgün seçir. Sistem dəyişəndə isə bunlara yenidən uyğunlaşmaq lazım gəlir.

Sonda yenidən dördlü müdafiəyə qayıtdıq. Millidə daha çox oyun vaxtı ala bilməsəm də, bunun gələcəkdə dəyişəcəyinə ümid edirəm. Çempionlar Liqasında və Azərbaycan çempionatında özümü göstərmək üçün əlimdən gələni edəcəyəm. Bundan sonra nələrin baş verəcəyini zaman göstərəcək.

– Polşalı qapıçı Mateuş Koxalski "Qarabağ"dan ayrılma səbəblərindən biri kimi Bakıda yaşamaqla bağlı çətinlikləri də vurğulayıb. Sizin isə ailənizlə burada yaşadığınız məlumdur. Bakıda həyatınız necə keçir?

– Mənim vəziyyətim fərqlidir. Koxalın bəzi çətinliklərlə üzləşdiyini bilirəm. O, itini Bakıya gətirə bilmirdi, sevgilisi də burada istədiyi qədər qala bilmirdi.

Mənim həyat yoldaşım isə Bakıdadır və o, bu şəhəri çox sevir. İtim də Bakını sevir, çünki evimizin yaxınlığında park var. Ailəm tez-tez yanıma gəlirdi və onlar da burada yaşamaqdan zövq alırdılar.

Açığı, Bakı artıq mənim evimə çevrilib. Millinin düşərgəsindən qayıdanda Bakıya gələcəyim üçün sevinirəm. Burada yaşamaq mənim üçün çox xoşdur.

Hətta futbolçu karyeramı başa vurduqdan sonra da Bakıya qayıdacağam. Bunu səmimi deyirəm: həyatımın ən gözəl dövrlərindən biri burada keçir. Bakı və Azərbaycan insanları mənim üçün çox dəyərlidir. Azərbaycanı və burada yaşayan insanları həqiqətən sevirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:00

İlkin Qırtımov Qəbələdə məşqçi vəzifəsini qəbul etdi

Futbol
Bu gün, 13:57

DPA: 'Sabah'ın Borussia qarşılaşmasında mövsümdə ən yüksək izləyici sayı gözlənilir

Futbol
Bu gün, 13:42

Neftçi Breno Almeyda transferi ilə bağlı şayiələrə aydınlıq gətirdi

Futbol
Bu gün, 13:40

Arsenal Deklan Raysa yeni müqavilə təklif etdi

Futbol
Bu gün, 13:37

Ronaldo cəzasının yüngülləşdirilməsini tələb etdi

Futbol
Bu gün, 13:35

Azərbaycan qadın futbol millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib;

Basketbol
Bu gün, 13:28

Baş məşqçi Natali Nakase oyunçulara atəş və partlayış səsləri ilə motivasiya verir

Futbol
Bu gün, 13:20

Vitinya: Ballon d'Orun PSG oyunçusuna qalması ən haqlı nəticə olardı

Futbol
Bu gün, 13:00

Rüstəm Məmmədov: “Hadisə şişirdilib, heç kimə fiziki zor tətbiq etməmişəm”

Digər
Bu gün, 12:58

“Barselona” “Panatinaikos”dan ucuz oldu: Qazaxıstanda “Sabah” və “Kayrat”ın bilet qiymətləri müqayisə edildi - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 12:40

Liverpool, Bornmutdan Aleks Skott və Monakodan Lamin Kamara transferini nəzərdən keçirir

Futbol
Bu gün, 12:31

Harry Kane 100 oyunda 102 qol vurar, Bundesliqa rekordunu qırdı

Digər
Bu gün, 12:13

Azərbaycan İkinci Liqasında səkkizinci tura yekun vurulacaq

Digər
Bu gün, 12:00

Cahangir Həsənzadə: “Sabah” “Borussiya”dan çəkinməyəcək”

Digər
Bu gün, 11:43

“Gümüş medalla kifayətlənən idmançılardan deyiləm” - güləşçimiz Elmir Əliyevdən İDMAN.BİZ-ə AÇIQLAMA + FOTO

Digər
Bu gün, 11:40

CEV Çempionlar Liqası: "Turan" Xorvatiya təmsilçisinə qarşı

Digər
Bu gün, 11:32

“Sabah”ın oyununa görə Bakı metrosunda xüsusi iş rejimi tətbiq olunacaq

Digər
Bu gün, 11:20

İngiltərə nəhəngləri "Sabah"ın rəqibinin müdafiəçisinin transferində maraqlıdır

Digər
Bu gün, 11:13

Bakı metrosu “Sabah”ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək

Digər
Bu gün, 11:00

“Sabah”la oyun öncəsi böhran: "Borussiya" baqajı təyyarəyə yerləşdirə bilmədi

Digər
Bu gün, 10:58

Çempionlar Liqasında ehtiyat oyunçular rekord sayda qol vurublar

Digər
Bu gün, 10:43

İspaniya Bakı mundialına hazırdır: “Real”, “Barselona” yetirmələri və “Arsenal”lı futbolçunun qardaşı heyətdə

Digər
Bu gün, 10:28

“Borussiya” Bakıya uçuş zamanı məcburi enişdən qeyri-adi üsulla yayınıb

Oxşar xəbərlər