top
“Gümüş medalla kifayətlənən idmançılardan deyiləm” - güləşçimiz Elmir Əliyevdən İDMAN.BİZ-ə AÇIQLAMA + FOTO Idman.biz
Bu gün, 11:43
- ↺ +

“Gümüş medalla kifayətlənən idmançılardan deyiləm” - güləşçimiz Elmir Əliyevdən İDMAN.BİZ-ə AÇIQLAMA + FOTO

"Final görüşündə əsas səhvim vaxtında düzgün taktiki dəyişiklik etməməyim və həddindən artıq tələsməyim oldu".

Bunu İdman.Biz-ə açıqlamasında ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U23 dünya çempionatında ikinci yeri tutan yunan-Roma güləşçimiz Elmir Əliyev deyib.

Əliyevin sözlərinə görə, finala qədər bütün rəqiblərinə qalib gəlməsi onda özünəinam yaradıb:

"Final görüşünə qədər hər şey planlaşdırdığım kimi gedirdi. Gözlədiyim nəticələri əldə etdim və rəqiblərimə qarşı layiqli mübarizə apardım. Hər üç görüşdə, həmişə olduğu kimi, özümə və qələbə qazanacağıma inanırdım.

Mən gümüş medalla kifayətlənən idmançılardan deyiləm. Məqsədim hər zaman çempion olmaqdır. Bu dəfə də çempionluğa çox yaxın idim və qızıl medal qazanacağıma inanırdım. Ancaq alınmadı".

O, həmin gün Azərbaycanın digər güləşçilərinin uğursuz çıxışlarının ona mənəvi cəhətdən təsir edib-etmədiyini açıqlayıb.

"İstərdim ki, milli komandamızın bütün üzvləri mənim kimi qələbə qazansın və uğurlu çıxış etsinlər. Təəssüf ki, idmanda hər zaman istədiyimiz nəticəni əldə etmək mümkün olmur. Bu dəfə də belə oldu. Mən bütün komanda yoldaşlarımın uğur qazanmasını istəyirəm və hər birinə gələcək yarışlarda qələbələr arzulayıram", - deyə o fikirlərini yekunladırdı.

Qeyd edək ki, Elmir Əliyev U-23 dünya çempionatının finalında Qazaxıstan təmsilçisi Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:42

Timoteuş Puxaç: Karyeramı bitirəndə də Bakıya qayıdacağam - müsahibə

Futbol
Bu gün, 12:40

Liverpool, Bornmutdan Aleks Skott və Monakodan Lamin Kamara transferini nəzərdən keçirir

Futbol
Bu gün, 12:31

Harry Kane 100 oyunda 102 qol vurar, Bundesliqa rekordunu qırdı

Digər
Bu gün, 12:13

Azərbaycan İkinci Liqasında səkkizinci tura yekun vurulacaq

Digər
Bu gün, 12:00

Cahangir Həsənzadə: “Sabah” “Borussiya”dan çəkinməyəcək”

Digər
Bu gün, 11:40

CEV Çempionlar Liqası: "Turan" Xorvatiya təmsilçisinə qarşı

Digər
Bu gün, 11:32

“Sabah”ın oyununa görə Bakı metrosunda xüsusi iş rejimi tətbiq olunacaq

Digər
Bu gün, 11:20

İngiltərə nəhəngləri "Sabah"ın rəqibinin müdafiəçisinin transferində maraqlıdır

Digər
Bu gün, 11:13

Bakı metrosu “Sabah”ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək

Digər
Bu gün, 11:00

“Sabah”la oyun öncəsi böhran: "Borussiya" baqajı təyyarəyə yerləşdirə bilmədi

Digər
Bu gün, 10:58

Çempionlar Liqasında ehtiyat oyunçular rekord sayda qol vurublar

Digər
Bu gün, 10:43

İspaniya Bakı mundialına hazırdır: “Real”, “Barselona” yetirmələri və “Arsenal”lı futbolçunun qardaşı heyətdə

Digər
Bu gün, 10:28

“Borussiya” Bakıya uçuş zamanı məcburi enişdən qeyri-adi üsulla yayınıb

Digər
Bu gün, 10:20

FIFA U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi

Digər
Bu gün, 10:13

Bakıda kişilər və qadınlar arasında tennis çempionatı başlayır

Digər
Bu gün, 10:00

“Neftçi”nin futbolçusu Avropaya yollanır? PAOK-dan gözlənilməz addım

Digər
Bu gün, 09:52

Məşhur futbolçu ilə müğənninin gizli sevgisi üzə çıxdı

Digər
Bu gün, 09:52

“Borussiya” Bakıdakı stadionla bağlı zarafatında vacib faktı gözdən qaçırdı - VİDEO

Digər
Bu gün, 09:44

“Fənərbağça”nın “Slaviya” sınağı, PSJ - “Barselona” dueli: Çempionlar Liqasında doqquz oyun - AFİŞA

Digər
Bu gün, 09:40

"Qızıl Top" mərasiminin aparıcıları müəyyənləşdi

Digər
Bu gün, 09:38

FIFA-nın tarixi turnirinin ilk xarici iştirakçıları Bakıya gəlib - FOTO

Digər
Bu gün, 09:23

“Sabah” bu gün Çempionlar Liqasında “Borussiya” ilə qarşılaşacaq

Digər
Bu gün, 09:20

22 yaşlı hücumçu "Yuventus"un "radar"ına düşüb

Oxşar xəbərlər